Ev Şəraitində Şokoladlı Vafli

Yields: 1 Serving

Mağazalarda satılan, tərkibində insan orqanizmi üçün zərərli palma yağı olan şokoladlı vafliləri  özünüz ev şəraitində hazırlaya bilərsiniz. Evdar.az təbii məhsullarla hazırlanan şokoladlı vaflillərin reseptini təqdim edir.

Tərkibi:

Vafi üçün:

  • 2 ədəd yumurta
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
  • yarım stəkan maye yağ
  • yarım stəkan süd
  • bir stəkan undan 2 barmaq əksik un
  • 2 damcı vanil ekstraktı

Fındıqlı krem üçün:

  • 80 qr fındıq ləpəsi
  • 2 xörək qaşığı fındıq yağı
  • 2 xörək qaşığı bal
  • yarım çay qaşığı duz

Üzəri üçün:

  • 4 ədəd plitka şokolad

Hazırlanma qaydası:

İlk öncə yumurtanın sarısını ağından ayırın. Bir qabda yumurta sarısının üzərinə şəkər tozu, duz, maye yağ, un və vanil ekstraktı əlavə edib yaxşıca çırpın. Başqa bir qabda yumurta ağını da yaxşıca çırpın. Çırpılmış yumurta ağını yumurta sarısı qarışığına az-az əlavə edib qarışdırın. Vafli aparatını, tava və ya səthi düz bir tosteri yağlayın. Hazır vafi xəmirini əvvəlcədən qızdırılmış və yağlanmış aparata bir qaşıq töküb 50 saniyə bişirin. Bişən vaflini isti halda şokoladlı vafli ölçüsündə kəsin. Bu qaydayla bütün qarışığı bişirib kəsin və soyuması üçün kənara qoyun.

Fındıqlı kremi hazırlamaq üçün təmizlənmiş fındıq ləpəsini 5 dəqiqə ocaqda tavada qovurun. Daha sonra mətbəx robotuna qovrulmuş fındıq ləpəsini tökün. Üzərinə bal, fındıq yağı və duzu əlavə edib krem konsistensiyaya gələnə qədər mətbəx robotundan keçirin. Kəsdiyini vaflilərin üzərinə fındıq kremi yaxıb 4 qatlı vafli edin. Bütün kəsdiyiniz vafliləri kremləyib 4 qatlı vafilər hazırlayın. Şokoladı xırdalayıb su hamamında əridin. Hazırladığınız vafliləri şokolada hər tərəfli bulayın. Vaflinin üzərindəki artıq şokoladı süzüb yağlı kağızın üstünə düün. Bütün vafliləri şokolada batırdıqdan sonra 2 saatlıq soyuducuya yerləşdirin. Hazır vafliləri çayın yanına süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir