Həm gözə, həm də damaq zövqünə xitab edən ətirli şəftəlidən ləzzətli piroq hazırlaya bilərsiniz. Üzərinə şəftəlı dilimləri düzülmüş piroq bişdikdən sonra da görüntüsü göz oxşayır. Evdar.az çayın yanına yaraşan ləziz şəftəli piroqunun reseptini təqdim edir.
Ləziz Şəftəlili Piroqun tərkibi:
- 125 qr yumşaldılmış kərə yağı
- 4 ədəd yumurta
- 1,5 stəkan şəkər tozu
- 1 stəkan süd
- 1 paket vanil
- 10 qr qabartma tozu
- 2 stəkan un
- 2-3 ədəd şəftəli
Ləziz Şəftəlili Piroqun hazırlanma qaydası:
İlk öncə bir qabda kərə yağını şəkər tozuyla 2-3 dəqiqə mikserlə çırpın. Üzərinə yumurtaları bir-bir əlavə edərək çırpmağa davam edin. Daha sonra süd və quru qarışıqları da əlavə edib silikon və ya taxta qaşıqla yaxşıca qarışdırın. Hazır kütləni diametri 22-24 sm olan yağlanmış qəlibə tökün. Dilimlənmiş şaftalıları da xəmirin üzərinə düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 60-80 dəqiqə bişirin. İlk 45 dəqiqə sobanın qapısını açmamaq şərti ilə.
Nuş Olsun!