Şifon biskvit resepti və hazırlanma qaydası ilə fərqlənən çox ləzzətli və unikal bir desertdir. Bu biskvit olduqca həcmli, yumşaq və nəm olur. Bişirdiyiniz şifon biskvitlə ən ləzzətli tortları hazırlaya bilərsiniz. Evdar.az dadlı və ideal şifon biskvitin reseptini təqdim edir.
Tərkibi:
- 3 ədəd yumurta
- 80 qr xırda dənəli şəkər tozu
- 45 qr süd
- 45 qr bitki yağı
- ¼ çay qaşığı duz
- 5 ml vanil ekstraktı
- 60 qr un
- ¼ çay qaşığı qabartma tozu
- ½ çay qaşığı limon suyu
Hazırlanma qaydası:
İlk öncə yumurta ağını sarısından ayırın. Yumurta ağı soyuq halda çırpılmalıdır. Bunun üçün yumurta sarısını çırpıdığınız vaxtda yumurta ağını soyuducuya yerləşdirin. Bir qabda yumurta sarısını 30 qr şəkər tozuyla birlikdə mikserlə yaxşıca çırpın. Üzərinə duz əlavə edib çırpmağa davam edin. Süd , bitki yağı və vanil ekstraktı da əlavə edib çırpın. Ələnmiş un və qabartma tozunu hissə-hissə əlavə edərək mikserlə yaxşıca çırpın. Soyucuda saxladığınız yumurta ağını limon suyuyla birlikdə bir qabda mikserin aşağı sürətiylə köpüklənənə qədər çırpın. Üzərinə 50 qr şəkər tozunu da hissə-hissə əlavə edərək mikserin sürətini artıraraq yaxşıca çırpın. Çırpılmış yumurta ağını unlu xəmirə az-az əlavə edərək tel çırpıcıyla dairəvi hərəkətlərlə ehtiyyatla qarışdırın. Yumurta ağı bitənə qədər xəmirə birləşdirib taxta qaşıqla yaxşıca qarışdırın. Xəmiri diametri 16 sm olan orta hissəsi dəlikli qəlibə (yağlanmamış!) töküb yayın. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin. Sobadan götürdüyünüz qəlibi dərhal çevirib soyumasını gözləyin. Soyuyan biskviti qəlibdən çıxarıb süfrəyə verə bilərsiniz. Və yaxudda kremlə bəzəyib ləzzətli tort hazırlaya bilərsiniz.
Nuş Olsun!