Category: Desertlər, Dondurmalar
Yields:
1 Serving
Difficulty: Easy
Yay fəslinin əvəzolunmaz ləzzəti olan dondurmanın bu gün ən asan reseptini sizinlə bölüşəcəyik. Bu dondurmanı hazırlamaq üçün 2 dəqiqə vaxtınız və 2 ədəd banan lazımdır. Evdar.az cəmi 2 dəqiqəyə hazırlaya biləcəyiniz bananlı dondurmanın reseptini təqdim edir
2 Dəqiqəyə Hazırlanan Dondurmanın tərkibi:
- 2 ədəd banan (əvvəlcədən dilimləyib dondurucuya yerləşdirin)
- 1 xörək qaşığı kakao
- 2 xörək qaşığı süd
2 Dəqiqəyə Dondurmanın hazırlanma qaydası:
İlk öncə 2 ədəd bananın qabığını soyub dilimləyin. Bir qaba dilimlənmiş bananları qoyub soyuducunun dondurucu rəfinə yerləşdirin. Blenderin qabına dondurulmuş banan, kakao və südü əlavə edib blenderlə yaxşıca qarışdırın. Dondurmanız hazırdır.
Nuş Olsun!