Ləzzətli Və Faydalı Xurma Deserti

Yields: 1 Serving

Ramazan ayında süfrələrə yaraşan və mədənizi yormadan yeyə biləcəyiniz ləzzətli bir desert..Evdar.az yalnız 3 məhsulla hazırlanan ləzzətli və faydalı xurma desertinin reseptini təqdim edir.

Tərkibi:

  • 2 stəkan süd
  • 14 ədəd xurma
  • 1/2 stəkan fındıq və ya qoz ləpəsi

Üzəri üçün xırdalanmış fındıq və ya qoz ləpəsi

Hazırlanma qaydası:

İlk öncə südü isidin. Xurmaların tumunu çıxardın və isidilmiş südün içərisinə töküb üzərini örtün. 1,5 saat saxladıqdan sonra fındıq və ya qoz ləpəsini də içərisinə əlavə edib mətbəx robotundan keçirin. Qarışığı kasalara bölüşdürün və üzərinə qoz və ya fındıq səpib soyuducuya yerləşdirin. Sərin deserti süfrəyə verə bilərsiniz.

Qeyd: Süd içməyənlər badam südü ilə də hazırlaya bilər.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir