Category: Qəlyanaltılar
Cuisine: Azərbaycan Mətbəxi
Yields:
1 Serving
Qozlu Kükü – Azərbaycan mətbəxinin dadlı yeməklərindən biridir. Evdar.az vitaminlərlə zəngin qozlu kükünün reseptini təqdim edir.
Tərkibi:
- 80 qr qoz ləpəsi
- 4 ədəd yumurta
- 40 qr göy soğan
- 30 qr keşniş
- 20 qr şüyüd
- 50 qr ispanaq
- 60 qr kərə yağı
- duz
- istiot
Hazırlanma qaydası:
Qozlu kükünü hazırlamaq üçün ilk öncə göyərtiləri yaxşıca yuyub süzün. Yuduğunuz göyərtiləri xırda doğrayın. Bir qabda yumurtaları çırpın. Daha sonra üzərinə xırda doğranmış göyərtini töküb qarışdırın. Üzərinə xırdalanmış qoz ləpəsi , duz və istiot əlavə edib yaxşıca qarışdırın. Göyərtili kütləni qızdırılmış yağlı tavaya töküb iki tərəfli bişirin. Bişən kükünü zövqə görə kəsib süfrəyə verə bilərsiniz.
Qozlu kükü
Nuş Olsun!