Dondurma Dadında Eskimo Tortu

Yields: 1 Serving

Çox dadlı, dondurma dadında Eskimo tortu..

Tərkibi:

Biskviti üçün:

  • 4 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan ilıq su
  • 180 qr un
  • 1 paket qabartma tozu
  • 1 paket vani
  • 3-4 xörək qaşığı kakao

Kremi üçün:

  • 2 ədəd  yumurta
  • 250 ml süd
  • 60 qr şəkər tozu
  • 1 banka qatılaşdırılmış süd
  • 1 paket vanil
  • 3 xörək qaşığı un
  • 150 qr yağ

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün bir qabda yumurtanin agi mikserlə yaxşıca çırpın. Digər bir qabda yumurta sarısını mikserlə çırpın. Çırpılmış yumurta sarısının üzərinə 100 ml ilıq su əlavə edib qarışdırın. Daha sonra yumurta sarısı kütləsini çırpılmış yumurta ağına az-az əlavə edib qarışdırın. Vanil, kakao, qabartma tozu və unu da az-az əlavə edib taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın. Diametri 22 sm olan dairəvi qəlibə xəmiri töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Kremi hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu, süd,  qatılaşdırılmış südün 1/2 hissəsini  və unu töküb tel çırpıcıyla topaq qalmayana qədər yaxşıca çırpın. Qabı ocağa qoyub dayanmadan qarışdıraraq bişirin. Qatışladıqda ocaqdan götürüb soyuması üçün kənara qoyun. 150 qr kərə yağını mikserlə ağaranadək çırpın. Soyuyan kütlədən az-az yağa əlavə edib çırpmağa davam edin. Qatılaşdırılmış südün qalan hissəsini də kremə əlavə edib 5 dəqiqə çırpın.

Biskvitləri 2-3 hissəyə ayırın. Südlə isladaraq korjları kremləyib üst-üstə düzün. Korjların arasına istəyə görə çiyələk, şokolad dənələri və ya banan dilimləri düzə bilərsiniz. Tortu 2 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdığınız tortun üzərini şokoladlı qlazur və ya çiyələklə bəzəyə bilərsiniz.

Bu möhtəşəm tort üçün Lilparscake-ə təşəkkür edirik!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir