Category: İçkilər
Yields:
1 Serving
Qəhvə sevənlər üçün isti yay günlərində sərinləşdirici içki. Portağal ətirli və dadlı buzlu qəhvə hazırlamağı təklif edirik. Evdar.az portağal şirəsi ilə buzlu qəhvə reseptini təqdim edir.
Tərkibi:
- 2 ədəd portağal şirəsi
- 2 ədəd rəndələnmiş portağal qabığı
- 1 stəkan su
- 1 stəkan şəkər tozu
- 4 stəkan soyuq qəhvə
Hazırlanma qaydası:
İlk öncə 2 ədəd portağalın qabığını rəndədən keçirin. Rəndələnmiş portağalı dilimləyin. Bir qazanda portağal dilimləri və portağal qabığı rəndəsinin üzərinə su və şəkər tozu əlavə edib 5 dəqiqə qaynadın. Portağalın dilimlərini və qabığı süzüb şirəni soyudun. Daha sonra 2 ədəd portağalın sıxılmış şirəsini qəhvə ilə qarışdırın. Üzərinə alınan şirəni tökün. Qəhvəli portağal şirəsini bokala töküb üzərinə xırdalanmış buz əlavə edin. Portağal dilimləri ilə bəzəyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!