Çay Süfrəsinə Dadlı Bananlı Rulet

Yields: 1 Serving

Çay süfrəsində qonaqlarınızla bölüşə biləcəyiniz hazırlanması çox vaxt aparmayan və ləzzətli rulet. Evdar.az dadlı bananlı rulet reseptini təqdim edir.

Tərkibi:

  • 4 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan su
  • 1,5 stəkan un
  • 1 paket vanil
  • 1 paket qabartma tozu

Kremi için:

  • 3 stəkan süd
  • 1 stəkan şəkər tozu
  • 2 xörək qaşığı un
  • 2 xörək qaşığı buğda nişastası
  • 1 paket vanil

İçlik üçün:

  • 2 ədəd banan
  • 1/2 stəkan üyüdülmüş püstə

Üzəri üçün:

  • 2 paket şanti krem
  • 2 stəkan soyuq süd

Hazırlanma qaydası:

Ruleti hazırlamaq üçün yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə suyu və vanili əlavə edib çırpmağa davam edin. Daha sonra ələnmiş un və qabartma tozunu əlavə edib qarışdırın. Hazırladığınız xəmiri yağlı kağız sərilmiş soba sinisinə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Kremi hazırlamaq üçün süd, şəkər tozu, un, buğda nişastası və vanili bir qazanada qarışdırın. Bir tel çırpıcıyla davamlı qarışdıraraq orta odda pudinq konsistensiyanı alana qədər bişirin.

Tortun üzəri üçün şanti krem tozunu soyuq süd ilə mikser köməyi ilə çalıb 1 saatlıq soyuducuya yerləşdirin.

Bişən ruleti sobadan çıxarıb 10 dəqiqə kənarda saxlayın ,daha sonra yağlı kağız ilə birlikdə soba sinisindən götürün. Ruletin üzərinə bişirdiyiniz kremi bir taxta qaşıq və ya spatula köməyi ilə yaxın. Bananları tortun orta hissəsinə bütöv halda yerləşdirin. Ruleti yağlı kağızdan ayıraraq, diqqətlə şəkildə rulon forması verərək bükün. Hazırladığınız ruleti boşqaba qoyun. Üzərinə çırpdığınız şanti kremi yaxın. Üzərinə üyüdülmüş püstə və ya rəndələnmiş ağ şokolad səpin və ən az 5- 10 dəqiqə soyuducuda saxladıqdan sonra dilimləyərək süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir