Dana əti, noxud və yaşıl mərciməklə hazırlanan qızıl şorba, vitamin baxımından olduqca zəngindir. Tərkibində zülal, dəmir, fosfor və maqnezium mineralları da olan bu şorba immuniteti gücləndirdiyi üçün ayda iki dəfə bişirilməsi məsləhətdir. Evdar.az qızıl şorbanın reseptini təqdim edir.
Tərkibi:
- 1 litr ət suyu
- 100 qr dana əti
- 100 qr noxud
- 90 qr yaşıl mərcimək
- 40 qr bulqur
- 40 qr kərə yağı
- 40 qr günəbaxan yağı
- yarım xörək qaşığı un
- 1 çay qaşığı bibər tomatı
- yarım soğan
- yarım pomidor
- 1 ədəd yaşıl şirin bibər
- duz
Hazırlanma qaydası:
Noxud və mərciməyi axşamdan isladın. Noxudu 1 gecə islatmadan ən tez bişirməyin yolunu bu məqaləmizdən oxuya bilərsiniz. İslatdığınız noxud və mərciməyi ayrı qablarda bişirin və kənara qoyun. Bir qazanda ət suyunu kərə yağının yarısıyla qaynadıb süzün. Başqa bir qazanda günəbaxan yağı və qalan kərəyağını əlavə edib qızdırın. Kiçik doğranmış dana ətlərini əlavə edib qovurun. Xırda doğranmış bibər və soğanı, qaynadılmış mərciməyi, un, bibər tomatı və xırda doğranmış pomidoru ardıcıllıqla əlavə edib qovurun. Qaynayan ət suyunu da qarışdıraraq əlavə edin. Duz, bişmiş noxud və bulquru əlavə edib 7-8 dəqiqə qaynadıb bişirin. Bişən qızıl şorbanı isti halda süfrəyə verin.
Nuş Olsun!