Ev Şəraitində Yumurtalı Pendir

Yields: 1 Serving

Bu dadlı pendir yumurtayla bişirilir deyə (8 ədəd yumurtayla) yumurtalı pendir adlanır..Evdar.az çox asan hazırlanan zərif və yumşaq pendirin reseptini təqdim edir.

Tərkibi:
  • 8 ədəd yumurta
  • 1 litr süd
  • 1 stəkan ev kefiri və ya mağaza xaması
  • 1 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
Hazırlanma qaydası:
İlk öncə 8 ədəd yumurtanı bir balaca qazana tökün . Üzərinə 1 litr süd, duz və şəkər tozu əlavə edin. Tel çırpıcıyla hamısını yaxşıca çırpıb, xama və kefir əlavə edib qarışdırın. Qazanı su hamamı üzərinə qoyun və 40 dəqiqə qızdırın. 40 dəqiqənin tamamında pendir suyundan ayrılmalıdır. Qazanı su hamamından  götürün və tənzif sərilmiş süzgəcə kütləni tökün. Tənzifi bağlayıb bir neçə dəqiqəlik asın və daha sonra presslənmiş halda (üzərinə ağır bir şey qoyaraq) soyuducuya qoyun. Yumurtalı pendir ən azı 5 saat presslənmiş halda qalmalıdır. Hazır olan pendiri tənzifdən ayırın və dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir