Kəsmikli badımcan rulonlar özəl günlər üçün çox dadlı qəlyanaltıdır. Çox sadə və evdə olan məhsullardan hazırlanır. Evdar.az dadlı küncütlü, kəsmikli badımcan rulonların reseptini təqdim edir.
Tərkibi:
- 2 ədəd badımcan
- 200 qr kəsmik
- 50 qr qoz ləpəsi
- 60 qr küncüt
- 2 ədəd pomidor
- 3 diş sarımsaq
- 2 xörək qaşığı günəbaxan yağı
- duz, göyərti zövqə görə
Hazırlanma qaydası:
İlk öncə badımcanları nazik dilimləyin və yağlı kağız sərilmiş soba sinisinə düzün. Badımcanların üzərini yağlayıb duz səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. İçliyi hazırlamaq üçün mətbəx robotunda kəsmik, qoz ləpəsi, göyərti və sarımsağı əzin. Üzərinə duz səpib qarışdırın. Küncütü tavada qızılı rəng alanadən qovurun. Pomidorları yraım halqa şəklində dilimləyin.
Sobada bişirdiyiniz badımcanın bir diliminin üzərinə kəsmikli içlik yaxın və pomidor dilimi yerləşdirin. Rulet şəklində büküb küncütə bulayın. Bu qaydayla badımcanları içliklə doldurub küncütə bulayın. Hazırladığınız ruletləri yarım saatlıq soyuducuya yerləşdirin. Dadlı qəlyanlatını göyərti və nar dənəsiylə bəzəyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!