Category: Pəhriz Yeməkləri, Qəlyanaltılar
Yields:
1 Serving
Tərkibində A və C vitaminləri, faydalı lif daşıyan yerkökü, immunitet sistemini gücləndirir və xərçəng riskini azaldır. Qızardılmış, yağlı, kalorili kartof çipslərinin əvəzinə ev şəraitində sobada yerköküdən faydalı çips hazırlaya bilərsiniz. Bu faydalı çips yalnız 79 kaloridir. Evdar.az sobada xırçıldayan yerkökü çipsinin reseptini təqdim edir.
Tərkibi:
- yerkökü
- zeytun yağı
- zövqə görə ədviyyatlar
Hazırlanma qaydası:
Yerkökünü təmizləyib soyun. İncə-incə halqalar kəsin. Sobanı 180 dərəcəyə nizamlayıb qızdırın. Bir dərin qaba yerkökünü tökün, zövqə görə duz, zeytun yağı və istədiyiniz ədviyyatlarla qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə yerköküləri aralıqlarla düzüb arabir çevirərək bişirin.
Nuş Olsun!