Ev Şəraitində Təbii, Qatqısız Qarpız Dondurması

Yields: 1 Serving

Qarpız həm bol, həm ucuz, bir o qədər də faydalı bir giləmeyvədir. Yay günlərinin əvəzolunmaz giləmeyvəsindən təbii, qatqısız donurma hazırlaya bilərsiniz. Tərkibində nə rəngləndirici, nə də bir qatqı maddəsi var. Evdar.az qarpız donurmasının reseptini təqdim edir.

Tərkibi:

  • 2 dilim qarpız
  • 2 stəkan yağlı süd
  • 2 xörək qaşığı şəkər tozu
  • ¼ çay qaşığı vanil

Hazırlanma qaydası:

İlk öncə 2 dilim qarpızın qabığını kəsib tumlarını təmizləyin. Mətbəx robotuna 2 dilim qarpız, süd, şəkər tozu və vanili yaxşıca qarışdırın. Hazır olan qarışığı bir qabın içərisinə tökün və bir gecə saxlayın. Dondurma qaşığı ilə desert qabına qoyub süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir