İnanılmaz Dadlı Macar Tortu-Doboş

Yields: 1 Serving

Doboş -şokoladlı kremli və karamelli qlazurla örtülmüş, 6 qat biskvitli ənənəvi macar tortudur. Evdar.az inanılmaz dadlı Doboş tortunun reseptini təqdim edir.

Tərkibi:

Korj üçün:

  • 40 qr un
  • 6 ədəd yumurta
  • 80 qr kərə yağı
  • 120 qr şəkər tozu
  • vanil

Krem üçün:

  • 60 qr şokolad
  • 2 ədəd yumurta
  • 250 qr kərə yağı
  • 150 qr şəkər kirşanı
  • 20 qr kakao

Karamelli qlazur üçün:

  • 30 qr kərə yağı
  • 200 qr şəkər kirşanı

Hazırlanma qaydası:

Korjları hazırlamaq üçün yumurta sarılarını ağından ayırın.Yumurta sarılarını şəkər tozunun yarısı və vanillə yaxşıca çırpın. Başqa bir qabda kərə yağını mikserlə ağaranadək çırpın. Üzərinə un əlavə edib yaxşıca qarışdırın. Bir qabda yumurta ağlarını qalan şəkər tozuyla çırpın. Yumurtalı kütlələrlə unlu-yağlı kütləni birləşdirib yaxşıca qarışdırın. Xəmiri 6 hissəyə ayırın və yağlanmış (və ya yağlı kağız sərilmiş) formaya töküb əvvəlcədən 200 dərəcə qızdırılmış sobadada 10-12 dəqiqə bişirin. Hər korju zövqə görə dairəvi formada və ya kvadrat formada bişirə bilərsiniz. Bişən korjları sinidən çıxarıb soyudun.

Krem üçün otaq temperaturunda yumşaldılmış kərə yağını şəkər kirşanıyla mikserlə yaxşıca çırpın. Üzərinə yumurta, kakao və su hamamında əridilmiş şokoladı əlavə edib qarışdırın. Kremi mikserlə yaxşıca çırpın və 2 saatlıq soyuducuya yerləşdirin.5 ədəd korjları kremləyin və üst-üstə düzüb 30 dəqiqəlik soyuducuya yerləşdirin. Son korju ayırıb kənarda saxlayın.

Karamelli qlazur üçün balaca qazançada şəkər kirşanını zəif ocaqda əridin. Əriyən şəkər kirşanına kərə yağı əlavə edib qarışdırın. İsti karamelli qlazuru son qalan korjun üzərinə töküb yağlı bıçaqla 8-10 hissəyə kəsin. Soyuducudan çıxardığınız tortun üzərinə kənar hissəsində kremdən kiçik toplar düzün.Soyuyan karamelli korjları soyuducudan çıxardığınız tortun üzərinə şəkildəki kimi dekor edərək yerləşdirin. Tortu bir neçə saatlıq kənara qoyun.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir