“1 Yaş” Üçün Uşaq Tortu

Yields: 1 Serving

Körpəniz tezliklə ilk ad gününü qeyd edir? Ancaq körpə uşaqlara böyüklər üçün hazırlanan tortları yedizdirmirsiniz. Buna görə onu bütün məhsullara icazə verilən bir tort ilə məmnun etməyi təklif edirik. Belə bir şən gündə uşağınızın allergiyadan və ishaldan əziyyət çəkməyini istəmirsinizsə Evdar.az-ın verdiyi reseptlə uşaq tortu hazırlayın.

Tərkibi:

  • 200 qr uşaqlar üçün kəsmik
  • 150 qr qatqısız yoqurt
  • 3-5 çay qaşığı şəkər tozu
  • 5-7 qr jelatin
  • 60 ml soyuq su
  • 150 qr uşaq peçenyesi
  • bəzəmək üçün banan
  • şam və lent

Hazırlanma qaydası:

Tortu hazırlamaq üçün diametri 12-14 sm olan kənarları açılan formanın alt hissəsinə steç salafan sərin. Formanın alt hissəsinə peçenyeləri düzün. Bir qabda jelatinin üzərinə soyuq su töküb 10-15 dəqiqə şişməsi üçün kənarda saxlayın.  Başqa bir qabda kəsmik, yoqurt və şəkər tozunu (lazım olarsa) qarışdırın. Jelatini bir qazançada azca qızdırın ki, tamamilə həll olsun, amma qaynatmayın. Ocaqdan götürüb azca soyudun və az-az kəsmikli kütləyə töküb yaxşıca qarışdırın. Kəsmikli kütləni qəlibə tökün və yarım saatlıq soyuducuya yerləşdirin. Daha sonra formanı tortdan ayırın və streç salafanı çıxarın. Tortun kənarlarına peçenye düzüb lentlə bağlayın. Lazım gələrsə, peçenyeləri kəsin ki, tortdan yalnız bir neçə santimetr yuxarı qalxsın.  Tortu banan dilimləriylə bəzəyin. Şaftalı və ya giləmeyvələrlə bəzəyə bilərsiniz. Körpənizin hansı meyvəyə allergiyası yoxdursa ondan istifadə edə bilərsiniz. Mərkəzə bir şam yerləşdirin. İşiniz tamamlandı!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir