Azərbaycanın milli şirniyyat növlərindən biri də şəkər çörəyidir. Evdar.az çox kövrək və ağızda ovulan şəkər çörəyinin reseptini təqdim edir.
Azərbaycanın Milli Şirniyyatı-Şəkər Çörəyinin tərkibi:
- 1,300 qr un
- 500 qr ərinmiş kərə yağı
- 250 qr ərinməmiş kərə yağı
- 250 qr şəkər kirşanı
- 1 ədəd yumurta
- 2 paket vanil
- 2 paket qabartma tozu
- 17 ml su
- 1 çimdik duz
Üzəri üçün:
- 1 ədəd yumurtanın sarısı
Azərbaycanın Milli Şirniyyatı-Şəkər Çörəyinin hazırlanma qaydası:
Bir qabda soyuq ərinmiş kərə yağının şəkər tozuyla ağaranadək mikserlə çırpın. Üzərinə ərinməmiş kərə yağı və şəkər kirşanını əlavə edib çırpmağa davam edin. Vanil, duz, su və yumurtanı əlavə edib qarışdırın. Ələnmiş un və qabartma tozunu da əlavə edib xəmir yoğurun. Xəmirdən hər biri 75 qr olan kündələr hazırlayın. Bu kündələrə konusvari forma verin. Kündələri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Konusvari kündənin üst hissəsindən barmaqla yüngülcə basın. Kündələrin üst hissəsinə fırçayla yumurta sarısı (azca çırpılmış )çəkin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Nuş Olsun!