Ləzzətli Tatar Şirniyyatı “Çak-Çak”

Yields: 1 Serving

“Çak-çak”- görünüşü fərqli, dadı isə ləzzətli Tatar şirniyyatıdır. Evdar.az dadlı şirniyyatın reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 3 ədəd yumurta
  • 350 qr un
  • 1 paket qabartma tozu (yarım çay qaşığı soda)
  • bir çimdik duz

Şərbəti üçün:

  • 1 stəkan bal
  • 0,5 stəkan şəkər tozu
  • zövqə görə araxis, qoz, badam ləpəsi

Qızartmaq üçün

  • duru yağ

Hazırlanma qaydası:

Şərbəti hazırlamaq üçün bir qazanda bal və səkər tozunu, şəkər tamamilə əriyib bal rəngindən daha açıq rəngə gələnə kimi qarışdıraraq bişirin. Əgər ballı şərbət sevmirsinizsə şəkər tozu və su ilə hazırlayın.
Xəmiri hazırlamaq üçün yumurtaları dərin bir qabda çırpın. Un, qabartma tozu, duz və çırpılmış yumurtaları qarışdırıb xəmir yoğurun. Xəmiri 2 hissəyə bölüb iki kündə hazırlayın. Kündələri oxlovla açıb, əriştə kəsdiyiniz kimi kəsin. Xəmirlərin bir-birinə yapışmaması üçün xəmirləri nisastaya və ya una bulayın. Yağı qızdırıb, qızğın yağa xəmirləri atın və qızardın. Qızardılan xəmirləri kağız dəsmalın üzərinə düzün ki, yağını çəksin. Daha sonra qızardılmış əriştələri bir qaba yığın, üzərinə isti şərbəti töküb ehtiyyatla taxta qaşıqla, sonra isə əllərinizi soyuq suda isladaraq qarışdırın. Zövqə görə qoz, badam və ya araxis ləpələsi əlavə edə bilərsiniz. Forma vermək üçün istədiyiniz qəlibə doldurun. Soyuyan şirniyyatları qəliblərindən çıxarıb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

1 Şərhi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir