Azərbaycanın Vitaminli Tərə Yeməyi

Yields: 1 Serving

Azərbaycanın milli yeməklərindən biri də göyərti yeməyi “Tərə”dir. Əsasən Azərbaycanın cənub bölgələrində – bütün il boyunca təzə göyərtilərin yetişdiyi Masallı, Lənkəran, Astara, Lerikdə hazırlanır. Tərə, vitamin baxımından zəngin bir yeməkdir. Həm də yaz-yay yeməyidir, çünki göyərti ilin bu vaxtında ən təzədir. Evdar.az bu dadlı və faydalı yeməyin reseptini təqdim edir.

Tərkibi:

  • 150 qr yumru düyü
  • 3 dəstə ispanaq
  • 3 dəstə keşniş
  • kərə yağı
  • 6 ədəd alça
  • 3-4 diş sarımsaq
  • 2-3 ədəd yumurta
  • duz, istiot
  • çay qaşığı ucunda sarıkök
  • qatıq

Hazırlanma qaydası:

Geniş bir qazanda 3 stəkan suyu qaynadın. Qaynayan suya yaxşı yuyulmuş düyünü töküb bişirin. Göyərtiləri yaxşıca yuyub süzün. Yuyulmuş göyərtiləri doğrayın. Sarımsağı da xırda doğrayın. Suyu çəkilmiş düyünün üzərinə doğranmış göyərti və sarımsağı əlavə edin. 10-15 dəqiqədən sonra qazana kərə yağı, alça, duz, istiot və sarıkök əlavə edib ehtiyyatla qarışdırın. Yumurtaları ayrı bir qabda çırpıb yeməyin üzərinə tökün. Qazanın qapağını örtüb yumurtalar bişənə qədər zəif ocaqda bişirin. Bişən dadlı yeməyi süfrəyə qatıqla birlikdə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir