Tərkbində C, A, B1, B6 vitamini, protein, kalsium, dəmir olan kabakdan (qabaq, çukini,kabaçki) dadlı və faydalı soyuq şorba hazırlaya bilərsiniz. Evdar.az soyuq kabak şorbasının reseptini təqdim edir.
Tərkibi:
- 3 stəkan toyuq və ya tərəvəz bulyonu
- 4 ədəd kabak və ya çukini
- 1 ədəd soğan
- 1 diş sarımsaq
- 1-2 çay qaşığı karri ədviyyatı
- 1 xörək qaşığı zeytun yağı
- xama və ya qatıq
Hazırlanma qaydası:
İlk öncə soğanı soyub kub formasında doğrayın. Kabakı da lazım olarsa qabığını soyub tumlarını təmizləyib dilimləyin. Bir tavada yağı qızdırın və soğanları yumşalana qədər qovurun. Üzərinə sarımsaq və karri tozu əlavə edib 1 dəqiqə qarışdıraraq qızardın. Kabakı bir qazana qoyub 5 dəqiqə yüngül yağda qızardın. Daha sonra bulyonu əlavə edib qaynadın. Qaynayan şorbaya duz əlavə edib qarışdırın . Ocağı azaldın, qazanın qapağını örtün və kabak yumşalana qədər 15 dəqiqə bişirin. Bişən şorbanı bir blender köməyi ilə püre halına gələnədək qarışdırın. Şorbaya zövqə görə duz, istiot vurub 2-3 saatlıq soyuducuya yerləşdirin. Soyuq şorbanı süfrəyə verdikdə bir qaşıq qatıq və ya xama ilə verin.
Nuş Olsun!