Unsuz, Sobasız Südlü Şokoladlı Desert

Yields: 1 Serving

Evdə süd və şokolad varsa ondan ləzzətli desert hazırlayın. Evdar.az unsuz, sobasız, tez və asan hazırlanan desertin reseptini təqdim edir.

Tərkibi:

  • 500 ml süd
  • 100 qr şəkər tozu
  • 1 çimdik duz
  • 2 xörək qaşığı (30 qr ) kakao
  • 90 qr tünd şokolad
  • 10 qr ( 2 çay qaşığı ) aqar-aqar
  • 20 ml su

Üzəri üçün:

  • kakao
  • kokos

Hazırlanma qaydası:

Bir qazana 400 ml süd, şəkər tozu və çimdik duzu qarışdırıb ocağa qoyun. Dərin bir kasada 100 ml südün üzərinə kakao töküb yaxşıca qarışdırın. Hazırladığınız kakaolu kütləni ocaqda olan südə əlavə edib dayanmadan qarışdırın. Üzərinə hissələrə bölünmüş şokoladı da əlavə edib qarışdırın. Başqa bir qabda 10 qr aqar-aqar tozunu 10 ml suyla qarışdırıb südlü kütləyə əlavə edib qaynadın. Qaynayıb qatılaşan kütləni ocaqdan götürüb silikon qəlibə və ya paçka süd korobkasına ( qapaq hissəsini kəsib atın, qalan kvadrat formasını istifadə edin) töküb 2-3 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdükdən sonra korobkanı kəsib bərkiyən deserti boşqaba qoyun. Üzərinə kakao səpib kokosla bəzəyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir