Antibiotiklərdən 100 Qat Daha Faydalı Bir Yemək-Sarımsaq Şorbası

Yields: 1 Serving

İmmunitet sisteminizi gücləndirmək və mövsümi soyuqdəymələri müalicə etmək heç vaxt bu qədər dadlı olmamışdı! Sarımsaq yalnız viruslara və bakteriyalara bir zərbə vuran deyil, həm də bütün bədəni gücləndirən güclü bir vasitədir. Sarımsaq ürək-damar sisteminə xüsusilə faydalı təsir göstərir. Sarımsağın tərkibində olan allisin xolesterol səviyyəsini, qan təzyiqini azaltmağa kömək edir, qan laxtalanmasının qarşısını alır və ateroskleroz riskini azaldır. Çoxları üçün ağızdan gələn qoxu sarımsaq yeməyə mane olur. Bunu nəzərə alaraq sarımsaqlı qaymaqlı şorba reseptini təklif edirik ki, bundan sonra rahatlıqla görüşə belə gedə biləcəksiniz. Evdar.az antibiotiklərdən 100 qat daha yaxşı olan sarımsaqlı şorbanın reseptini təqdim edir.

Tərkibi:

  • 2 baş sarımsaq
  • 2 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı bitki yağı
  • 2 ədəd soğan
  • 1,5 litr toyuq bulyonu
  • çimdik qurudulmuş kəklikotu
  • 1/2 çay qaşığı zəncəfil tozu və ya təzə zəncəfil (işarət barmağının falanqası ölçüsündə)
  • 400 qr bişmiş kartof
  • duz, istiot
  • 100 ml qaymaq
  • zövqə görə 1/2 limon suyu

Hazırlanma qaydası:

İlk öncə sarımsaqları təmizləyib soba sinisinə düzün. Sarımsaqların üzərinə bitki yağı səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.
Soğanı kiçik kub formasında doğrayıb kərə yağında bişirin. Üzərinə kəklioktu və zəncəfil tozu( və ya rəndələnmiş təzə zəncəfil kökü) töküb qarışdırın. Qızardılmış soğanın üzərinə bişmiş sarımsağı əlavə edib ocaqda 2-3 dəqiqə bişirin. Daha sonra qəzardılmış soğan və sarımsağın üzərinə toyuq suyu əlavə edib qaynamağa qoyun. Başqa bir qazançada doğranmış kartofu suda bişirin. Qaynayan yeməyə bişmiş kartofu da əlavə edib blenderlə püre halına gələnədən qarışdırın. Şorbaya duz, istiot və qaymaq əlavə edib qaynadın. Bişən qaymaqlı, sarımsaqlı şorbanı kasalara bölüşdürün və üzərinə zövqə görə limon suyu sıxın.

Bu yeməyi ilk qaşıqdan sevəcəksiniz! Bu şorba ilə qrip və soyuqdəymələrin müalicəsi qastronomik bir ləzzətə çevriləcəkdir. Profilaktik məqsədlə sarımsağı ət yeməklərinə, şorba və souslara əlavə edib istifadə edin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir