Çəhrayı Flaminqo-bayram süfrənizi bəzəyəcək dadlı bir salatdır. Eyni zamanda gündəlik rasionunuzu daha müxtəlif edəcəkdir. Evdar.az dadlı salatın reseptini təqdim edir.
Tərkibi:
- 80 qr krab çubuqları
- 150 qr çuğundur
- 70 qr əridilmiş pendir
- 2 ədəd yumurta
- 1-2 diş sarımsaq
- 2 xörək qaşığı mayonez
- duz, istiot zövqə görə
Hazırlanma qaydası:
İlk öncə çuğundur və yumurtanı suda bişirin. Krab çubuqlarını sürtgəcin orta gözündən keçirin. Bişmiş qabığı soyulmuş yumurtanı da sürtgəcdən keçirin. Dərin bir qabda sürtgəcdən keçirilmiş krab çubuqlarının üzərinə yumurtanı əlavə edib qarışdırın. Üzərinə əridilmiş pendiri də sürtgəcdən keçirib əlavə edin. Pendirin sürtgəcdən yaxşı keçməsi üçün soyuducuda soyudun və ya dondurucuda azca dondurun. Sarımsağı da təmizləyib sürtgəcin xırda gözündən keçirin və ya sarımsaqəzənlə əzin. Bişmiş, soyuyan çuğunduru da rəndənin orta gözündən keçirib salata əlavə edin. Üzərinə mayonez, duz və istiot əlavə edib qarışdırın. Yaxşıca qarışdırdığınız salata kiçik dairəvi qəliblə forma verə bilərsiniz.
Nuş Olsun!