Çayın yanına dadlı şirniyyat bişirmək istəyirsiniz? Ancaq evdə yumurta yoxdur? Evdə olan məhsullarla, yumurtasız dadlı və yumşaq roqalik (buynuz formalı bulka) bişirin. Evdar.az yumşaq və ləzzətli yumurtasız roqalik reseptini təqdim edir.
Tərkibi:
Xəmir üçün:
- 2 çay qaşığı quru maya
- 250 ml isti süd
- 7 xörək qaşığı şəkər tozu (və ya zövqə görə)
- 100 qr kərə yağı
- 3 stəkan un
- çimdik duz
- vanil
Üzəri üçün:
- 1 ədəd yumurta sarısı
- 2 xörək qaşığı süd
İçlik üçün:
- alma cemi
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün isti südə mayanı əlavə edib qarışdırın. Mayanın aktivləşməsi üçün kənarda 5-10 dəqiqə saxlayın. Üzərinə şəkər tozu, vanil, duz və kərə yağı da əlavə edin. Unu da ələyərək az-az əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üzərini örtüb isti yerdə 1,5-2 saat saxlayın. Xəmirdən kiçik kündələr edib şəkildəki kimi yayıb kəsiklər atın. İçlik yerləşdirib bükün. Roqalikləri yağlı kağız sərilmiş soba sinisinə düzüb 30 dəqiqə kənarda saxlayın.
Üzəri üçün bir qabda yumurta sarısını südlə qarışdırıb xəmirlərin üzərinə yaxın. Əvvəlcədən 180-190 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.
Nuş Olsun!
Uzerine yumuts gedir amma