Turşaşirin Dada Malik Qış Üçün Gavalı Mürəbbəsi

Yields: 1 Serving

Tərkibində pektin maddəsi zəngin olan gavalıdan şirin və turş dada malik qış üçün mürəbbə hazırlaya bilərsiniz. Hazırlanması üçün çox vaxt və şəkər tozu tələb olunmur. Evdar.az dadlı  və faydalı gavalı mürəbbəsinin reseptini təqdim edir.

Tərkibi:

  • 400 qr gavalı
  • 350 qr şəkər tozu
  • 1 çay qaşığı zəncəfil
  • 1 budaq nanə
  • 2 ədəd 350 ml-lik banka

Hazırlanma qaydası:

İlk öncə gavalıları yaxşıca yuyun. Yuduğunuz gavalıları iki hissəyə ayırıb tumlarını çıxarın. Dərin bir plastik və ya şüşə qaba gavalıarı töküb üzərinə şəkər tozu səpin. Otaq temperaturunda 10-12 saat saxlayın ki, gavalı suyunu salsın. Daha sonra gavalıları bişirəcəyiniz qaba töküb qapağı bağlı şəkildə zəif ocağa qoyun (qaynatmayın!).Qaynamağa başladıqda ocağı söndürün. Qabın qapağını örtüb 5-6 saatlıq kənarda saxlayın. Daha sonra 3 dəfəyə 1-3-5 dəqiqəlik mürəbbəni zəif ocaqda qaynadın. Hazırlıq dərəcəsi şərbətdəki meyvələrin bərabər olması və köpük olmaması ilə müəyyən edilir.Ən sonda mürəbbəyə zəncəfil tozu və bir budaq nanə yarpağı əlavə edib 1 dəqiqə qaynadın. Nanə yarpağını mürəbbədən götürüb isti mürəbbəni bankalara bölüşdürün. Bankaların qapağını bağlayıb soyuması üçün kənarda gözlədin. Bu dadlı mürəbbə piroqlar üçün içlik kimi mükəmməldir.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir