Azərbaycan mətbəxinin ən sevilən yeməyi dovğa hər bölgələrdə əlavələr edilərək bişirilir. Müxtəlif göyərtilər və tərəvəzlər əlavə olunur. Bu gün biz sizə kələmlə hazırlanan Ağdaş dovğasının reseptini təqdim edirik. Evdar.az Ağdaş dovğasının reseptini təqdim edir.
Tərkibi:
- 3 litr qatıq
- 1 ədəd yumurta
- 1 xörək qaşığı un
- 2 xörək qaşığı düyü
- 1 dəstə şüyüd
- 1 dəstə keşniş
- 1 dəstə pərpətöyün
- 1 dəstə nanə və ya 1 dəstə dağ keşnişi
- 1 dəstə ispanaq
Hazırlanma qaydası:
Düyünü əvvəlcədən suda isladın. Qatığı dovğanı bişirəcəyiniz qazana töküb qarışdırın. Kələmi yuyub xırda doğrayın. Xırda doğranmış kələmləri qatığa əlavə edin. Daha sonra yuyulmuş düyü (əvvəlcədən suda isladılmış), yumurta və un əlavə edib yenə qarışdırın. Qazanı ocağa qoyub dayanmadan qarışdırın. Dovğa qaynamağa başladıqda, kələm, düyü bişdikdə əvvəlcədən yuyulmuş, xırda doğranmış göyərtini töküb ocağı söndürün. Dovğaya bişirilmiş və qabığı soyulmuş noxudu, duzu əlavə edib qarışdırın. Dovğanı isti və soyuq halda süfrəyə verə bilərsiniz.
Sərin Yay Şorbası-Çiy Dovğa və ya Qatıq Aşı
Nuş Olsun!