Faydalı Faydalı Məsləhətlər

Mətbəxinizdəki Qarışqalardan Xilas Olmağın Ən Təbii Yolları

Mətbəximizdəki kiçik qonaqlar evimizi qida qaynağı olaraq gördüyündə hücum edirlər. Qarışqalar  eyni zamanda müxtəlif bakteriyaları da yaymağa səbəb olurlar. Bəs evimizin kiçik dəvətsiz qonaqları olan qarışqalara zərər vermədən, incitmədən, onları ən təbii üsullarla uzaqlaşdıra biləcəyinizi bilirsinizmi?

Evdar.az mətbəxdəki qarışqalardan xilas olmağın ən faydalı və təbii üsullarını bölüşür.

Sirkə

Sirkə

Hər dərdə dərman sirkə qarışqaları uzaqlaşdırmaq mövzusunda da bir xeyli müvəffəqdir. Qarışqalar sirkəni heç xoşlamırlar. Boş bir sprey şüşəsinin içərisinə sirkə, su və limon suyu əlavə edərək, nizamlı olaraq qarışqaların gəzdiyi yerlərə bu qarışığı səpin. Vaxt keçdikcə qarışqaların yox olduğunu görəcəksiniz.

Limon Suyu və Qabıqları

Limon suyu və qabıqları

Qarışqaların gəldiyi yolları limon suyu ilə silin və o nöqtələrə limon qabıqlarını tökün. Limon qoxusunu hiss edən qarışqalar limon qoxusu keçənə qədər ara verəcəklər. Bu, müvəqqəti  bir üsul üçün çox işə yarasa da limon qoxusu bitdikdən sonra qarışqalar evinizə təkrar hücum edə bilərlər. Qarışqaların tamamilə imtina etməsi üçün bu üsul davamlı təkrar olunmalıdır.

Darçın

Darçın

Darçın hər nə qədər mükəmməl bir qoxuya sahib olsa da qoxusunu hiss edən qarışqalar mətbəxinizdən qısa müddətdə uzaqlaşacaqlar. Darçın və ya darçın yağını qarışqaların gəzdiyi sahələrə tökərək onları uzaqlaşdıra bilərsiniz.

Qırmızı Pul Bibər

Qırmızı Pul Bibər

Qırmızı pul bibərin acılığı qarışqaları uzaqlaşdıran bir məhsuldur. Qarışqaların keçdiyi yerlərə qırmızı pul bibər səpdikdən sonra təsirini hiss edə bilərsiniz.

Nanə Yağı

Nanə yağı

Qarışqalar nanə qoxusunu sevmirlər. Nanə, qarışqalar tərəfindən dözə bilməyən güclü bir qoxuya malikdir və bu da onların evlərə girməyinə maneə törədir. 10 damcı nanə yağını bir stəkan su ilə qarışdırın və qarışqaların gəzdiyi hər yerə pambıqla sürtün. Bunu gündə iki dəfə təkrarlayın. Maye qarışığın əvəzinə qurudulmuş nanə də səpə bilərsiniz.

Mixək

Mixək

Mixəyi evin girişinə və qarışqaların girə biləcəyini düşündüyünüz bölgələrə qoyun. Mixəyin kəskin qoxusunu hiss edən qarışqalar ev ziyarətlərindən imtina edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir