Faydalı Faydalı Məsləhətlər

Alçanı Duzla Yemək Çəki Artırırmı?

Görünüşü ilə ağız sulandıran yaşıl alça, sağlamlıq baxımından faydalı olan ən ləzzətli yaz meyvələrindən biridir. Turş dadı olan alçada çox miqdarda C vitamini və bol lif vardır. Az kalorili və bol vitamin dəstəyi olduğundan pəhrizdə olanların rahatlıqla yeyə biləcəyi alçada liflər həzmi asanlaşdırır və çəki atmağa köməkçi olur. Su ölçüsü çox olan alçada şəkər də az olduğu üçün həm pəhrizdə formasını qoruyanların, həm də sağlam qidalananların istifadə edəcəyi ideal yaz meyvəsidir.

Bəs alça neçə kaloridir? Pəhrizdə olanlar alçanı necə yeməlidir? Alçanı duzla yemək çəki artırırmı? Evdar.az alçanın pəhrizdə faydaları haqqında məlumatı təqdim edir.

Alçanın Kalori Cədvəli:

100 qram yaşıl alçada;

  • 46 kalori;
  • 0.70 qr zülal;
  • 11.42 qr karbohidrat;
  • 0.017 qr bütün doymuş yağ turşuları;
  • 0.134 qr tək doymuş yağ turşuları ;
  • 0.044 qr çox doymuş yağ turşuları;
  • 1.4 qr pəhriz lifi.

Yaşıl Alça Çəki Artrırmı?

Yaşıl alça yeməyi sevənlər pəhrizdə çəki almamaları üçün duzlayaraq yeməməlidir. Bol duza batıraraq yeyilən alça sadə şəkildə yeyilən alçayla müqayisədə daha çox kalori aldırır. Çəki problemi olan kəslərin alçanı sadə şəkildə yeməsi tövsiyyə olunur.

Alçadaki liflər sürətli bir həzm üçün çox təsirlidir, bu da çəki atmağı asanlaşdırır. Liflər sayəsində bağırsaqlardakı nizamsızlıqlar yox olaraq uzun müddət toxluq hissi verəcək. Pəhrizdə olanlar qəlyanaltılarda alça yeyə bilərlər.

Yaşıl Alçanın Faydaları Nələrdir?

Meyvə-tərəvəz piştaxtalarında yaz aylarının gəlişini müjdələyən yaşıl alçanın çəki atmaqdan qəbizliyə qədər bir çox faydası var.

  • Sağlam bir həzm sisteminin xəbərçisi olan tualet vərdişi, alça ilə tənzimlənə bilər. Zəngin lif toxuması olan alçadan gündə bir ovuc yeyərək mədədə köp və qəbizlik kimi problemlərinizi həll edə bilərsiniz.
  • Pəhriz edərək arıqladıqdan sonra dəridə sallanma bütün xanımların ən böyük kabusudur. Yaşıl alça tərkibində C vitamini baxımından güclü və birləşdirici toxumaları gücləndirən meyvələrlə qidalanmaq həm dəridə sallanmanın qarşısını alır, həm də dərini cavan saxlayır.
  • Gündə bir ovuc alça yeyərək maddələr mübadilənizi sürətləndirib, sağlam çəki verə bilərsiniz.
  • Yüksək nisbətdə dəmir və kalsium ehtiva edən yaşıl alça yeyərək, qan azlığından xilas ola bilərsiniz. Yaşıl alça yeyərək qan azlığının yaratdığı saç tökülməsi, hamilə qala bilməmək kimi əhəmiyyətli problemlərin öhdəsindən gələ bilərsiniz.
  • Yüksək nisbətdə C vitamini ehtiva edən alça immunitet sistemini gücləndirir. Hər gün bir ölçü istifadə edilən alça , “bahar allergiyası” və ya “yaz qripi” kimi allergik xəstəliklərdən qoruyur.
  • Xroniki öskürək ilə mübarizə aparmağınıza köməkçi olan yaşıl alça ağciyər xərçənginə qarşı da bədəni qoruyur.
  • Yüksək antioksidan təsiri olan yaşıl alça xüsusilə ürək xəstəlikləri, xolesterol və damar tıxanmalarının qarşısını alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.