Faydalı Faydalı Məsləhətlər

Biskvitim Niyə Qabarmır? Dərdinə SON-Yaxşı Qabaran Keks Üçün Məsləhətlər

Çay və qəhvə saatlarının mükəmməl dadı olan keks və ya biskvit hər kəsin sevdiyi dadlardan biridir. Hazırlanması asan, texnikası və asan tapılan inqrediyentləri ilə bu desertin ən önəmli məqamı bişərkən köpməsidir. Bunun üçün sadəcə bəzi addımları izləmək lazımdır.

Sobanın şüşəsindən qabarmayan biskvitinizə hüznlə baxmamaq üçün…

Ən sadə formada keks şəkər və yumurtanın çırpılması ilə başlayır. Bu ilk addım keksin qalxması üçün ən vacib nöqtədir. Adi keks hazırlayarkən yumurta və şəkərin çox yaxşı çalınması biskvitinizi yaxşı qabardır.

Daha qabarıq və hamar korj üçün yumurtanın ağını və sarısını ayırmaq lazımdır. Yumurtanın sarısına şəkərin yarısını əlavə etdikdən sonra qaymaqlı bir konsistensiya alana qədər yaxşıca çırpılır.Daha sonra yumurtanın ağı bezedəki kimi şəkərlə birlikdə çalınır. Burada yumurta ağının tutarlılığı böyük əhəmiyyət kəsb edir. Yumurtanın ağı və şəkərin tutarlılığının düzgün olduğunu başa düşmək üçün onun çırpıldığı qabı çevirmək kifayətdir. Əgər qabdakı qarışıq sabit qalırsa, konsistensiyanı düzgün qəbul edə bilərsiniz.

Başqa bir ipucu kimi; sadə keksin hazırlanmasında yumurta və şəkər yaxşıca çalındıqdan sonra qarışığa maye inqrediyentlər və ən sonda quru inqrediyentlər əlavə edilir. Bu mərhələdən sonra keksin yaxşı qalxması üçün çox qarışdırmamaq lazımdır. Əgər sarısı və ağı ayrılan yumurtalarla keks hazırlanırsa, qalan inqrediyentlər sarısı ilə qarışığa əlavə edilir və sonra qarışdırılır. Yumurta ağı ilə qarışım ən azı 3 mərhələdə korj xəmirinə əlavə edilir. Bu vaxt, “qatlama” texnikası adlanan bir texnika tətbiq olunur. Bunun səbəbi qabaran yumurtanın ağını mümkün qədər azaltmaq və keksin qalxmasına imkan verməkdir.

Sobanın temperaturu

Keks və ya biskvit hazırlayarkən nəzərə alınmalı digər amil isə sobadır. Keksi hazırlayacağınız sobanın parametrlərini bilmək lazımdır. Sobanın parametrləri reseptə uyğun düzəldilməlidir, əks halda keks xəmiri nə qədər yaxşı hazırlansa da qalxmayacaq. Turbo və ya normal rejimdə olacaq sobanın ilk istifadəsində mənfi nəticə alınarsa, ən yaxşı işlərdən biri parametrləri dəyişdirməkdir. Sobanın parametrləri uyğun olarsa, keksin qalxması və düzgün bişməsi üçün nəzərə alınmalı ən vacib amillərdən biri sobanın temperaturudur.

Ümumiyyətlə, keks bişirmək üçün düzgün soba temperaturu 170-180 dərəcə arasında olmalıdır. Daha isti sobaya qoyulan keks tez yanır və maye qalır. Bu səbəbdən düzgün bişirilmir və çıxarıldıqda çökə bilər. Bu göstərilən temperaturdan daha soyuq bir sobaya qoyularsa, bişirmə müddəti uzadıla bilər və istədiyiniz teksturada və hamar kekslər əldə edilə bilməz. Bu səbəbdən reseptdə göstərilən temperaturda sobadan istifadə etmək və sobanı əvvəlcədən qızdırmaq keksin qalxması üçün böyük əhəmiyyət kəsb edir.

Bütün bunlardan başqa, keks bişərkən sobanı ilk 30-40 dəqiqə sobanın qapağını açmaq istilik itkisinə səbəb olur ki, bu da keksin ortun qalxmasına mənfi təsir göstərir. Soyuq hava ilə qarşılaşan keks çökə bilər və sonra yenidən qalxmaz. Keksi hazırlayarkən inqrediyentlərin təzəliyi isə digər amildir. Yumurta, soda və qabartma tozu keksi yüksəldən üç əsas maddədir. İstifadə olunacaq bütün digər məhsullar, xüsusən də bu qidalar təzə olmalıdır. İstifadə müddəti bitmiş inqrediyentlər keksin keyfiyyətinə mənfi təsir göstərir.

  • Xüsusilə bayat yumurta keksin yaxşı qalxmamasına səbəb olur.
  • Əgər qabartma tozunun istifadə müddəti keçibsə və ya düzgün saxlanmayıbsa keksinin çökməsinə səbəb olacaq.
  • Digər səhv isə keksi bişən kimi çıxarmaqdır. Bu şəkildə keksinizdə ani çökmələr görə bilərsiniz.

Bəs bunların qarşısını almaq üçün nə etməliyik? Evdar.az möhtəşəm qabaran keks üçün məsləhətləri təqdim edir.

Möhtəşəm qabaran biskvit üçün məsləhətlər

  • Sobanızı çox yaxşı tanıyın. Müxtəlif temperaturlarda necə işlədiyini anlayın. Sobanı reseptdə göstərilən temperaturda qoyaraq qızdırmağa başlamağınızdan əmin olun. Bu temperaturda işləmirsə, onu ən uyğun temperaturda qızdırın.
  • Keks xəmirini hazırlamazdan əvvəl bütün inqrediyentləri otaq istiliyinə gələnə qədər saxlamağı unutmayın. Beləliklə, hər hansı bir temperatur fərqi olmayacaq və keksiniz tam istədiyiniz konsistensiyada bişmiş olacaq.

  • Ununuzu 2-3 dəfə ələyərək istifadə edin. Nə qədər çox hava alarsa, bir o qədər yaxşıdır.
  • Unu aşağıdan yuxarı çevirərək spatula köməyi ilə ehtiyyatla qarışdırın. Çırpmayın!
  • Əlavə edəcəyiniz qabartma tozu kimi maddələri unla birlikdə eləyib əlavə edin.
  • Keks xəmirinin konsistensiyasını reseptdə yazıldığı kimi hazırlayın, heç vaxt daha çox maye və ya bərk halda etməyin.

  • Yumurtaları mikserlə çırpın.
  • Bütün inqrediyentləri qarışdırdıqdan sonra az-az əlavə edin. Bütün unu bir anda əlavə etməyin. Ölçü fərqləri ola bilər, keksiniz birdən çox bərk ola bilər.
  • Unu keks xəmirinə çırpmaqla deyil, spatula ilə aşağıdan yuxarı qarışdıraraq əlavə edin.
  • Qabartma tozu əlavə etdikdə daha aktiv olması üçün bir neçə damcı limon sıxın, soda istifadə edin. Bu şəkildə daha yaxşı yüksələcək. Həddindən artıq qalxması üçün heç vaxt içərisinə bir neçə paket qabartma tozy əlavə etməyə çalışmayın.

  • Xəmirin bişib-bişməməsini yoxlamaq üçün çöp şişdən və ya təmiz diş çubuğundan istifadə edin.
  • Xəmiri sobaya qoyduqdan sonra 20-25 dəqiqə heç açmayın.
  • Qabaran keksinizdən ləzzət alın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir