Faydalı Faydalı Məsləhətlər Sağlamlıq Haqqında

Bu 4 Çay Ac Qarına İçildikdə Arıqladır

Arıqlamaq istəyənlərin nəzərinə! Bu 4 çayı səhər boş mədəyə içdikdə metabolizmanı sürətləndirir və yağ yandırır.

Artıq çəkidən qurtulmaq istəyənlərin dərdinə çarə olacaq bu 4 bitki çayını hazırlamaq çox asandır. Düzənli və düzgün qidalanırsınızsa və səhərlər boş mədəyə 1 stəkan içdiyiniz təqdirdə yağ yandırımağa, daha sürətli arıqlamağa kömək edəcək. Evdar.az arıqladan 4 çayı təqdim edir.

1.Qaysılı (ərik qurusu) çay

Qaysılı çay həzmi asanlaşdırır və metobolizmanı sürətləndirmək mövzusunda təsiri olduqca böyükdür. Hər səhər boş mədəyə 1 stəkan içdikdə bel və ətrafında yığılan yağların yanması sürətlənəcək. Həzm sistemini tənzimləyən və bədəninizdəki ödəmi atan ərik çayın həddindən artıq istehlak etmək tövsiyə edilmir.

2. Bibəriyə (rozmarin) çayı

Arıqlamaq prosesini sürətləndirmək üçün tanınan rozmarin çayı, bağırsaqlarınızın mütəmadi işlədiyini təmin etməklə qəbizliyin qarşısını alacaqdır. Metabolizmin sürətləndirilməsi ilə də tanınan rozmarin çayı, yağ yandırmağa kömək edir. Rozmarin çayı da müntəzəm olaraq istehlak edildiyi təqdirdə, ödəmi və bədəninizdəki şişkinliyin yox olmasına kömək edir.

3. Mate çayı

Dillərdən düşməyən və arıqlatmaqla məşhur olan mate çayının termogen təsiri var. Mate çayı yavaşlayan metabolizmanızı sürətləndirəcək və bədəndən yağların atılmasını dəstəkləyir. Təsirləri saymaqla bitməyən mate çayını içməklə xəyalınızdaki zərif bədənə sahib olmamağınız mümkün deyil. Bu çay bədəndəki yağların yığılmasının qarşısını alır.

4.Darçın çayı

Pəhrizdə ən çətin məsələ şiddətli artan iştahamızdır. Bu nöqtədə, darçın çayı oyuna girir və iştahımızı basıb gün ərzində daha çox kalori almağın qarşısını alır. Darçın çayı, bədənimizdə toplanan ödəm və toksin maddələrinin də atılmasını asanlaşdırır. Xüsusilə səhər boş bir mədəyə 1 stəkan içirsinizsə günə yağ yandıraraq başlayacaqsınız. Arıqlamaq istəyən hər kəsin pəhriz siyahısında iştahı və şəkər ehtiyacını tarazladıran bu unikal çay olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir