Faydalı Məsləhətlər Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

Bu Tərəvəzi Həftədə 2 Dəfə Yeyin, Xərçəngə Yoluxmayın

Güclü bir antibiotik qaynağı olan sarımsaq, xəstəliklərə qarşı qoruyucu təbii bir qidadır. Yeməklərə fərqli ləzzət və aroma qatan sarımsaq, Azərbaycan mətbəxində də xüsusi bir yerə sahibdir. Evdar.az güclü antibiotik qaynağı olan sarımsağın faydalarını təqdim edir.

Xəstəliklərə qarşı qoruyucu qalxan olan sarımsaq, güclü bir antibiotik mənbəyi sayəsində bir çox xəstəliyin simptomlarını yüngülləşdirməyə köməkçi olur. Alternativ tibbin əhəmiyyətli məhsulu olan sarımsaqla bağlı aparılan araşdırmada cinsi həyata da müsbət təsir etdiyi ortaya çıxıb.

Hər gün sarımsaq udmaq..

Sarımsağı çiy bir şəkildə udmaq, yağının mikroorqanizmlər üzərində təsir göstərərək antibiotik xüsusiyyətinin ortaya çıxmasına köməkçi olur. Antiseptik təsiri sayəsində soyuq havanın yaratdığı soyuqdəymə və qripin qarşısını alır və immunitet sistemini gücləndirir.

Sarımsağı udduqdan sonra bədəndə tərlədici təsir göstərir və bu sayədə yüksək qızdırmanı azaldır. HIV virusu və meningitə qarşı bədəni qoruyur. Bunlardan əlavə sarımsaq, xolesterolu və trigliserit nisbətini tənzimləyir.

Tədqiqatlar göstərir ki, sarımsaq yemək döş xərçəngi riskini azaltmağa kömək edir. Çin əhali arasında aparılan bir araşdırmada, həftədə 2 dəfə çiy sarımsaq yeyənlərin xərçəngə tutulma riskləri yarı yarıya azalmışdır.

Sarımsağın damar tıxanmasının qarşısını almaqda mühüm rolu var. Nizamlı olaraq çiy sarımsaq yemək trombositlərin damarlarda laxtalanmasının qarşısını alır.

Alimlər qida zəhərlənmələrində tez-tez rast gəlinən kampilobakterioza qarşı ənənəvi antibiotiklərdən çox sarımsağın yüz qat daha təsirli olduğunu təyin ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.