Faydalı Faydalı Məsləhətlər Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

Çox Faydalıdır Deyib Bol-Bol Yediyimiz Bu Qidalar Öldürücüdür -SİYAHI

Çox faydalıdır deyib yeyirik, amma çoxu çox zərərlidir. Əbəs yerə “Hər şey öz qərarında gözəldir” deməyiblər. Bəzi qidaların çoxu həqiqətən zərərlidir. Ancaq burada zərər dedikdə, artıq çəki artımından və ya sağlamlığa uzunmüddətli mümkün zərərdən söhbət getmir. Haqqında danışdığımız qidalar çox istehlak edildikdə və ya düzgün hazırlanmadıqda, onu yeyən insanın ani ölümünə səbəb ola bilər. Evdar.az düzgün şəkildə və ya miqdarda yeyilmədikdə öldürücü ola biləcək qidalardan bir neçəsini təqdim edir.

Alimlər tərəfindən dünyanın ən bəsləyici qidası elan edilən badam həm də çox təhlükəli zəhər mənbəyidir. Xüsusən də çiy acı badam sianidlə dolu qidadır. Bu zəhərin təsirinin aradan qalxması üçün acı badamı müəyyən dərəcəyə qədər qızdırmaq lazımdır. Evdəki sobalarınızda bunu edə bilməyəcəksiniz.
Acı badamı çiy yediyiniz zaman əldə etdiyiniz siyanidin miqdarından çox narahat olmayın. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, zəhərlənmək üçün 1150 badam yemək lazımdır.

Albalı yediyiniz zaman tumunu ağzınızda uzun müddət saxlamamağa çalışın, çünki albalılarda hidrogen siyanid adlı zəhərli birləşmə var. Ancaq bunun sizi çox narahat etməsinə imkan verməyin. Çünki albalıdan zəhərlənmək üçün həqiqətən çoxlu albalı yemək lazımdır. Təxminən 75 kiloqram olan böyüklər üçün gündə 703 milliqrama qədər hidrogen siyanid istehlak etməyin heç bir zərəri yoxdur. Bu, yüzlərlə albalı toxumu deməkdir.

Bəs ərik (qaysı) yeyəndən sonra özəyini sındırıb içindən çıxan badam kimi çərəzi yeməyi kim sevməz? Təəssüf ki, şaftalı, ərik və alma kimi meyvələrin toxumlarında sianid əmələ gətirən amigdalin adlı birləşmə var. Bu toxumlardan çox istifadə etsəniz, başgicəllənmə və qusma, yüksək qan təzyiqi, böyrək çatışmazlığı, koma və hətta ölüm kimi dəhşətli nəticələrlə üzləşə bilərsiniz.

Bir oturuşda nə qədər şokolad yeyə bilərsiniz? Nə qədər yediyinizdən asılı olmayaraq, 10 kiloqramı keçməməyə çalışın. Çünki 10 kilodan çox şokolad yemək zəhərlənmə və ölümlə nəticələnə bilər.

Zəhərlənmədən söz düşmüşkən, az miqdarda şokolad belə pişik və itlər üçün çox zərərlidir. Ona görə də kiçik dostlarınızı şokoladdan uzaq tutun.

Meksika paxlası olaraq da bilinən qırmızı lobya heç vaxt çiy istehlak edilməməlidir. Çünki çiy lobya tərkibində fitohemaqqlutnin adlı zəhərli maddə var. Bu maddə qusma və baş ağrılarına səbəb olur. Lakin lobya düzgün bişirildikdə bu maddə yox olur.

“Casa marzu” adlanan və qurdlar tərəfindən mayalanan bu ənənəvi Sardiniya pendiri həssas ürək və mədəsi olanlar üçün uyğun deyil. Ona görə ki, bu ənənəvi pendir ABŞ hökuməti tərəfindən ictimai sağlamlıq və gigiyena səbəbləri ilə idxalı qadağan edilən məhsullar sırasındadır.

Pendirdən söz düşmüşkən, ABŞ hökumətinin qadağan etdiyi pendirlər arasında pasterizə olunmamış çiy süddən hazırlanan Camembert kimi növlər də var. Çünki belə pendirlər təhlükəli xəstəliklərə səbəb ola biləcək zərərli patogenlərin və bakteriyaların yayılmasında mühüm rol oynayır.

Sağlamlıq deposu pomidorun zəhərli ola biləcəyini heç kim düşünməz. Lakin bioloji cəhətdən meyvə olan pomidorun yaşıl yarpaq və gövdələrində solanin adlı bir növ toksin var. Bu toksin ürəkbulanma, mədə ağrıları və narahatlığa səbəb olur.

Eyni zəhərli maddə cücərmiş, yaşıl kartofda da əmələ gəlir. Ona görə də kartofun cücərməsindən, yaşıllaşmasından uzaq durmaq lazımdır. Yetişmədiyi üçün yaşıl olan kartofun da oxşar təsirlərə malik olub-olmaması uzun müddətdir davam edən müzakirə mövzusudur.

Muskat qozu, hamımızın ədviyyat şkafımızda olan və hətta körpələrə verdiyimiz ədviyyatdır. Ancaq bir dəfəyə 5 qramdan çox muskat qozunu qəbul etdikdə bədəninizdə spazmlar yarana və hətta qıcolma keçirə bilərsiniz. Bütün muskat qozunu yemək bir növ psixoza səbəb ola bilər.

Digər təhlükəli dəniz məhsulları xərçəngkimilərdir. Bu canlılar xüsusilə az bişmiş və ya çiy istehlak edildikdə təhlükəlidirlər, çünki dəniz mikroblarını və zərərli bakteriyaları cəlb etmək və tutmaq gücünə malikdirlər.

Təbii ki, zəhərli qidalar dedikdə ağıla ilk gələnlərdən biri də göbələkdir. Dünyada yüzlərlə göbələk növü var və onlardan bəziləri istehlak üçün tamamilə təhlükəsiz və faydalıdır, digərləri isə yeyənləri qısa müddətdə zəhərləyib öldürmək gücünə malikdir.

Həddindən artıq kolbasa,sosiska yemək tərkib hissəsinə görə zərərli ola bilər, lakin kolbasa çox sayda insanın ölüm səbəbi olduğunu öyrəndikdə təəccüblənəcəksiniz. Kolbasa, xüsusilə üç yaşına çatmamış uşaqlarda boğulma nəticəsində ölümlərin bir nömrəli səbəbidir.

Bu məlumatların mənbəyi Johns Hopkins Tibb Məktəbidir, ona görə də kolbasa yeyərkən uzun müddət çeynəmək faydalıdır.

Sağlam qidalanma üçün bol istehlak edilən çiy cücərtilər, xüsusilə yonca cücərtiləri bakteriyaların çoxalması üçün çox uyğun bir mühit təqdim edir. Son 20 ildə belə cücərtilərin istehlakı nəticəsində 30 müxtəlif xəstəlik ocağı aşkar edilib. Çiy cücərtilərin daşıdığı bakteriyalara Salmonella və E. Coli kimi potensial təhlükəli növlər daxildir.

Dünyanın ən acı bibəri kimi tanınan Dragon Breath həm də öldürücü qidadır. Bu günə qədər heç kim bu bibəri yeməyə cəhd etməyib, lakin ekspertlər bildirirlər ki, Əjdaha Nəfəsindəki kapsaisinin miqdarı onu yeyən insanın tənəffüs yollarını bağlaya və anafilaktik şoka səbəb ola bilər.

Acı bibərləri ölçmək üçün istifadə edilən Scoville şkalası üzrə 2,48 milyon bal ilə Əjdaha Nəfəsi ən acı bibərlərdən biri olan jalapenodan 300 dəfə daha acıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir