Faydalı Maraqlı Xəbərlər

Görənləri Heyrətləndirən Dünyanın Ən Böyük Yumurtası

Üç yaşındakı toyuq normal yumurtadan 4 dəfə böyüklükdə yumurta verir. Evdar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərədə yaşayan bir ailə toyuqlarının ən böyük yumurta yumurtladığını iddia edib. Eni 29 sm olan yumurta təxminən 9,5 sm uzunluğundadır. Yumurtanın təxmini çəkisi 200 qr-dır.

Bu nəhəng yumurtanı tapan toyuğun sahibi Alison Savidge, ilk dəfə gördükdə ördək yumurtası olduğunu düşünüb. Ətraflı araşdırdığında bunun toyuqlarından birinin yumurtası olduğunu başa düşüb. Evlərinin bağçasında 3 ədəd toyuq yetişdirən ailə 5 ildir toyuq yetişdirməsinə baxmayaraq ilk dəfə belə bir yumurtayla qarşılaşdıqlarını bildirib. Çox nadir olduğu üçün yumurtanı sındırmaq istəməyən ailə yumurtanın cüt sarılı olduğunu düşünür.

İngiltərədə daha əvvəl buna bənzər bir yumurta kəşf edilib, ancaq onun ağırlığı 194 qr olub. Beləliklə İngiltərədəki ailənin bu nəhəng yumurtası dünyanın ən böyük yumurtası olmağa namizəd kimi görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.