Faydalı Faydalı Məsləhətlər Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

Gizli Təhlükə: Bu Qidalara Diqqət Edin!

Bilirik ki, yüksək şəkərli qidalar, xüsusilə də rafinə olunmuş şəkərdən istifadə etməklə hazırlanan reseptlər həqiqətən sağlam seçim deyil. Amma biz hər zaman evdə ən faydalı ləzzətləri hazırlaya bilmirik və ya özümüz də fərqinə varmadan sağlam olaraq istehlak etdiyimiz bir çox qidadan çoxlu şəkər alırıq. Bu, bizə qan şəkərinin qəfil artması kimi problemlər gətirir və diabet riskini artırır.

Bəzi qidalar var ki, onların tərkibində yüksək şəkər olduğundan xəbərsizik. Evdar.az nə qədər faydalı olsa da tərkibindəki şəkər miqdarıyla sizi məyus edəcək 14 qida haqqında məlumatı təqdim edir.

Armud – 10 qram şəkər

100 qram armudda 10 qram şəkər var.

Alma – 10 qram şəkər

Armudda olduğu kimi alma da eynidir. 100 qram almada 10 qram şəkər var. Təbii ki, növündən fərqli olaraq dəyişə bilər, amma ümumi təxminən 10 qram olduğu deyilir.

Banan – 12 qram şəkər

Banan, alma və armudu bir az da üstələyir və 100 qramında 12 qram şəkər var.

Nar – 14 qram şəkər

Nar bütün turşluğunun arxasında gizlətdiyi şəkər var. Narın cəmi 100 qramında 14 qram şəkər var.

Qara üzüm – 16 qram şəkər

100 qram təzə qara üzümdə həmin ləzzətli dada səbəb olan 16 qram şəkər var.

Əncir – 16 qram şəkər

Üzüm kimi, 100 qram təzə əncirdə də 16 qram şəkər var.

Ərik – 9 qram

100 qram ərikdə təxminən 9 qram şəkər var ki, bu da qurudulmuş və təzə tərkibləri ilə ümumiyyətlə pəhriz menyularında olur.

Şaftalı – 13 qram

Yayda əldən düşməyən meyvə olan şaftalı, tərkibindəki şəkərin miqdarı ilə heç də məyus etmir. 150 qramlıq şaftalıda 13 qram şəkər var ki, bu da orta hesabla 1 şaftalıya bərabərdir.

Qurudulmuş əncir – 48 qram şəkər

Qurudulmuş meyvələrə gəlincə, qurutma üsulundan asılı olaraq dəyişsə də, şəkər nisbəti bir qədər yüksəlir. 100 qram quru əncirdə şəkər normasının 48 qrama qədər olması bunu təsdiqləyir.

Qarpız – 10 qram

Bir boşqab qarpızda, yəni təxminən 150 qr qarpızda 10 qram şəkər var. Bu səbəbdən yayda bolca deyil, müntəzəm olaraq istehlak edilməsi daha vacib hesab edilir.

Yerkökü – 5 qram şəkər

Yerkökü sadaladığımız digər qidalardan daha az şəkər ehtiva edir, bu doğrudur. Onu da deyək ki, 100 qramında 5 qram şəkər olan yerkökünün biri orta hesabla 60 qramdır.

Üzüm qurusu (Kişmiş) – 59 qram şəkər

Kişmişdə vəziyyət əncirdən də ağırdır. Çünki kişmişdə şəkərin miqdarı 100 qramda 59 qrama qədər çıxa bilir.

Bir kasa az yağlı qatıq – 47 qram şəkər

Əslində, bazarda satılan az yağlı qatıqların çoxunda çoxlu şəkər var. Bir stəkan və ya təxminən 245 qram qatıqda 47 qrama qədər şəkər var ki, bu da gündəlik tələbatınızdan xeyli çoxdur.

Bu səbəblə ən təbii qatığı özünüz hazırlamalısınız və ya az yağlı yox, normal və təbii qatıqlar almalısınız.

Çiyələk – 5 qram

Ən çox sevdiyimiz meyvələrdən biri olan 100 qram çiyələyi yediyiniz zaman bədəninizə təxminən 5 qram şəkər düşür. Bəli, bir çox digər meyvələrdən bir qədər az görünə bilər, amma diqqətli olun.

Bir sözlə, həddi aşmayın, yediyiniz meyvə-tərəvəz olsa belə, unutmayın ki, sağlamlığınızdan vacib heç nə yoxdur.

Kiçik bir qeyd: Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, orqanizmin gündəlik ehtiyac duyduğu şəkərin miqdarı təxminən 25 qramdır. Bu nisbət qadınlar üçün 20 qrama qədər düşə bilsə də, kişilər üçün 35 qrama qədər çıxa bilər. Təbii ki, bu ehtiyac yaşayış şəraitindən tutmuş peşənizə qədər bir çox fərqli amillərlə müəyyən edilir. Buna görə də sizə lazım olan şəkərin miqdarını bilmək istəyirsinizsə, həkiminizlə məsləhətləşməlisiniz.

Ömrünüz Uzun və Sağlam Olsun! 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir