Əsrin epidemiya xəstəliyi Covid-19-dan qorunmaq üçün maska, sosial məsafə və təmizlik qaydalarına əməl etmək qədər sağlam qidalanaraq güclü bir immunitetə sahib olmaq da çox vacibdir. Bütün bu tədbirlərə baxmayaraq Covid infeksiyasına yoluxub sağalanlar “Covid-19-u sovuşdurdum” deyə düşünməyib, sağaldıqdan sonra da sağlam qidalanmağa diqqət etməlidir. Evdar.az Covid sonrası bədən müqavimətini artıran qidalar haqqında məlumatı təqdim edir.
Nar
Nar, mövsümi meyvələr arasında olduqca güclü bir antioksidan gücə sahib bir meyvədir. Tərkibindəki polifenollar sayəsində hüceyrə zərərini azaldır. Bundan əlavə, xəstəlik müddətində əmələ iltihabı azaltmağa kömək edir.
Narı yarıya bölüb salatlarınıza əlavə edə bilər və ya günortadan sonra qəlyanaltı kimi qatığa əlavə edə bilərsiniz. Kimyoterapiya müalicəsi alırsınızsa, nardan istifadə etmək sizin üçün təhlükəli ola bilər.
Sitrus meyvələri
Sitrus bitkisi ailəsindən limon, portağal və naringi C vitaminindən zəngin olduğu üçün mütləq istifadə edilməlidir. Bu meyvələr sərbəst radikallarla mübarizə aparır, C vitamini və antioksidan tərkibi ilə immunitet sisteminizi gücləndirir.
Bundan əlavə, sitrus meyvələrindəki hesperidin və apigenin kimi flavonoidlər beyin sağlamlığını qoruyur və neyrodegenerativ xəstəliklərin qarşısını alır. Hər gün salatınıza 1 ədəd limon əlavə edib və 1 portağal istifadə etsəniz əlavə vitaminlərə ehtiyac olmadan gündəlik C vitamini ehtiyacınızı qarşılaya bilərsiniz.
Yumurta
Yumurta keyfiyyətli bir protein mənbəyi və ehtiyacımız olan bütün amin turşularını bir yerdə saxlayan bir qidadır. Yumurta Covid-19-a yoluxub sağaldıqdan sonra hüceyrə zərərini bərpa etmək üçün artan protein ehtiyacınıza dəstək olur.
Bədəninizdəki yaxşı xolesterolu artıraraq ürək sağlamlığınızı qoruyar. Yumurtanı səhər yeməyində qaynadılmış olaraq və ya qayğanaq kimi istifadə edə bilərsiniz.
Zəncəfil
Zəncəfil, güclü bir iltihabı azaldıcı və gingerol adlanan bir tərkibli çox faydalı bir qidadır. İmmunitet gücləndirici təsirindən əlavə ürək bulanması üçün də faydalıdır.
Bakteriya və viruslara qarşı yoluxmaq riskinizi azaldır. Covid-19 zamanı və ya sonrası ürək bulanması varsa, zəncəfil çayı içə bilərsiniz.
Badam ləpəsi
Badam çox miqdarda E vitamini, maqnezium və lif ehtiva edir. İçərisindəki sağlam yağlar, pis xolesterolu azaldaraq ürək sağlamlığınızı gücləndirir. Bundan əlavə E vitamini kimi güclü antioksidanlar sayəsində immunitet sisteminizi də dəstəkləyir.
Yuxu pozğunluğunuz varsa, badam yeyə bilərsiniz, badamın yuxu tənzimləyici təsiri var. Duzsuz, qovrulmamış çiy badam ləpəsi olmağına diqqət edin. Tərkibində duz və yağ miqdarı yüksək olan qovrulmuş badam artıq çəki almağa və yüksək xolesterola səbəb ola bilər
Bal
Təbii olarsa, bal çox qiymətli antioksidanlara sahib bir qidadır. Xəstəlik zamanı öskürəyi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır. Covid-19-dan sonra hələ də öskürək əlamətləri varsa, gündə 1 çay qaşığı bal istifadə edin.
Su
Suyun istifadəsi Covid-19 virusu ilə mübarizədə və sağaldıqdan sonra həyatın hər mərhələsində olduğu kimi çox vacibdir.
Bədəninizin hərarət və infeksiya səbəbiylə itirdiyi suyu bərpa etmək lazımdır. Buna görə bərpa mərhələsində suyun istifadəsi çox vacibdir. Gündə ən az 8-10 stəkan su için. Maye dəstək üçün şorba və bitki çaylarını istifadə edə bilərsiniz.
Koronavirus haqqında saytda dərc olunan məqalələri buradan oxuya bilərsiniz.
Diqqət!
Hər rəngli qidalardan yeyin. Balanslı bir şəkildə qidalanın. Yetərli miqdarda protein qəbul edin. Bol su için. İşlənmiş qidalardan, şəkərli, qazlı içkilərdən və qablaşdırılmış hazır qidalardan uzaq durun.