Faydalı Faydalı Məsləhətlər

Mətbəxdə İşinizi Asanlaşdıracaq Faydalı Məsləhətlər

Mətbəxdə bütün xanımlara lazım olacaq faydalı tövsiyyələrə göz gəzdirməyiniz məsləhətdir. Evdar.az mətbəxdə işinizi asanlaşdıracaq faydalı məsləhətləri təqdim edir.

  • Yumurtanın qabığını rahat soymaq üçün yumurtada kiçik bir dəlik açıb qaynada bilərsiniz.
  • Qaynayan qazanın daşmaması üçün qaşığı tərs bir şəkildə qazana oturdun.
  • Çerri pomidorlarını iki qapağın arasına qoyub asan bir şəkildə kəsə bilərsiniz.
  • Çörəyi kəsərkən tikələnməsin deyə tərs çevirib kəsə bilərsiniz.
  • Balığın manqala yapışmaması və daha ləzzətli olması üçün ızgara manqalın üstünə limon düzə bilərsiniz.
  • Bananı daha uzun müddət saxlamaq üçün budağından ayırıb ucunu streç salafana bükə bilərsiniz.
  • Yumurtanın təzə olduğunu bilmək üşün suya atın, əgər dibə çökürsə təzə, suyun üstündə qalırsa köhnə olduğu deməkdir.
  • Unun içinə dəfnə yarpağı qoyaraq böcəklənməsinin qarşısını ala bilərsiniz.
  • Və son olaraq barmağınızın ucunu su ilə isladaraq yeməyin içinə düşmüş yumurta qabığını asanlıqla götürə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.