Mətbəximizdəki kiçik qonaqlar evimizi qida qaynağı olaraq gördüyündə hücum edirlər. Qarışqalar eyni zamanda müxtəlif bakteriyaları da yaymağa səbəb olurlar. Bəs evimizin kiçik dəvətsiz qonaqları olan qarışqalara zərər vermədən, incitmədən, onları ən təbii üsullarla uzaqlaşdıra biləcəyinizi bilirsinizmi?
Evdar.az mətbəxdəki qarışqalardan xilas olmağın ən faydalı və təbii üsullarını bölüşür.
Sirkə
Hər dərdə dərman sirkə qarışqaları uzaqlaşdırmaq mövzusunda da bir xeyli müvəffəqdir. Qarışqalar sirkəni heç xoşlamırlar. Boş bir sprey şüşəsinin içərisinə sirkə, su və limon suyu əlavə edərək, nizamlı olaraq qarışqaların gəzdiyi yerlərə bu qarışığı səpin. Vaxt keçdikcə qarışqaların yox olduğunu görəcəksiniz.
Limon Suyu və Qabıqları
Qarışqaların gəldiyi yolları limon suyu ilə silin və o nöqtələrə limon qabıqlarını tökün. Limon qoxusunu hiss edən qarışqalar limon qoxusu keçənə qədər ara verəcəklər. Bu, müvəqqəti bir üsul üçün çox işə yarasa da limon qoxusu bitdikdən sonra qarışqalar evinizə təkrar hücum edə bilərlər. Qarışqaların tamamilə imtina etməsi üçün bu üsul davamlı təkrar olunmalıdır.
Darçın
Darçın hər nə qədər mükəmməl bir qoxuya sahib olsa da qoxusunu hiss edən qarışqalar mətbəxinizdən qısa müddətdə uzaqlaşacaqlar. Darçın və ya darçın yağını qarışqaların gəzdiyi sahələrə tökərək onları uzaqlaşdıra bilərsiniz.
Qırmızı Pul Bibər
Qırmızı pul bibərin acılığı qarışqaları uzaqlaşdıran bir məhsuldur. Qarışqaların keçdiyi yerlərə qırmızı pul bibər səpdikdən sonra təsirini hiss edə bilərsiniz.
Nanə Yağı
Qarışqalar nanə qoxusunu sevmirlər. Nanə, qarışqalar tərəfindən dözə bilməyən güclü bir qoxuya malikdir və bu da onların evlərə girməyinə maneə törədir. 10 damcı nanə yağını bir stəkan su ilə qarışdırın və qarışqaların gəzdiyi hər yerə pambıqla sürtün. Bunu gündə iki dəfə təkrarlayın. Maye qarışığın əvəzinə qurudulmuş nanə də səpə bilərsiniz.
Mixək
Mixəyi evin girişinə və qarışqaların girə biləcəyini düşündüyünüz bölgələrə qoyun. Mixəyin kəskin qoxusunu hiss edən qarışqalar ev ziyarətlərindən imtina edəcək.