Faydalı Faydalı Məsləhətlər

Turşunun Üzərindəki Ağ Təbəqəyə Diqqət! Dərhal Alınmazsa…

Son vaxtlarda qrip, koronavirus və epidemioloji xəstəliklərdən qorunmaq üçün mütəxəssislərin hamısı immunitet sisteminin gücləndirməmizi söyləyir. Turşu isə immunitet üçün möcüzəvi bir qidadır. Evdar.az turşunu istifadə etdikdə nələrə diqqət etməyin qaydalarını izah edir.

Ləzzətli olduğu qədər immuniteti gücləndirən turşuya süfrələrdə yer vermək lazımdır. Turşu faydalı bakteriyalarla olduqca zəngin bir qidadır, xüsusən bağırsaq sağlamlığı, immunitetin güclənməsinə, maddələr mübadiləsinin sürətləndirilməsinə və qan şəkərinin tarazlaşdırmağa müsbət təsirləri var. Son elmi araşdırmalar turşuların xərçəngdən qoruyucu təsir göstərə biləcəyini göstərir. Ancaq bu qədər çox faydası olan bir qidanın hazırlanması, saxlanması və ya istehlak edilməsi əsnasında edilə biləcək bəzi səhvlər faydalı bakteriyaların yerinə zərərli bakteriyaların sayını artıraraq sağlamlığa mənfi təsir edir.

TURŞU EDƏCƏYİNİZ QİDALARI DİQQƏTLƏ SEÇMƏLİSİNİZ

Turşusunu quracağınız meyvə və tərəvəzlərin təzə, zədələnməmiş və keyfiyyətli olmağına diqqət edin. Əgər çürüməyə və ya xarab olmağa başlamış bir meyvə və ya tərəvəzi turşu qurmaq üçün istifadə etsəniz turşu əmələ gəlmə mexanizmində lazımlı olan faydalı bakteriyaların yaranmasına maneə törədə bilər. Və zərərli bakteriyaların artmasına səbəb olaraq qida zəhərlənmələrinə yol aça bilərsiniz.

PLASTİK YERİNƏ ŞÜŞƏ QABLAR İSTİFADƏ EDİN

Turşunuzu quracağınız qabın şüşə olmasına diqqət edin. Çünki sağlamlığa uyğun olmayan plastik qabların istehsalında istifadə edilən kanserogen maddələr turşunun içərisinə keçə bilər və bu vəziyyət sağlamlıq üçün olduqca böyük bir risk yaradar. Şüşə qabların turşu hazırlamaq üçün ən yaxşı seçim olduğunu unutmamalıyıq, çünki qlobal istiləşməni və sağlamlıq riskini artırmamaq üçün plastikdən istifadəni minimuma endirməliyik.

TURŞU HAZIRLAMADAN ƏVVƏL QİDA VƏ QAB TƏMİZLİYİNƏ DİQQƏT EDİN

Turşu hazırlayarkən istifadə edəcəyiniz qidalar əvvəlcədən çox yaxşı təmizlənməlidir. Eyni şəkildə istifadə edəcəyiniz qab, qaşıq və s. vasitələr də yaxşı təmizlənməlidir. Ancaq bu vasitələrdə qab şampunu qalığı da qalmamasına diqqət yetirin. Qalıq təmizlik vəsaitləri sağlamlıq üçün risk əmələ gətirməklə yanaşı mikroorqanizmlərin mayalanmasına maneə yaradır.

İÇMƏ SUYU İSTİFADƏ EDİN

Qidalarınızı qoyacağınız duzlu şoraba suyunun təmiz olması olduqca əhəmiyyətlidir. Bu səbəblə, təhlükəli mənbələrdən götürülən və ya çox uzun müddət gözlədilən sudakı zərərli bakteriyaların olduğunu və heç vaxt turşu üçün istifadə etməyin. Təmiz olmayan su ilə hazırladığınız turşunun içərisində zərərli bakteriyalar çox artacağı üçün qida zəhərlənməsinə yol aça bilər.

DUZU QƏDƏRİNDƏ İSTİFADƏ EDİN

Turşu üçün duz olmazsa olmazdır. Turşunun əmələ gəlmə mexanizmindəki faydalı bakteriyaların törəməsi və zərərli bakteriyaların yaranmasına maneə törədilməsi üçün kafi miqdarda duz varlığı çox əhəmiyyətlidir. Turşunun duzu az əlavə olunduqda, suda yumşalma və bulanma olur; duz həddindən artıq əlavə olunarsa, yetişmə müddəti uzanacaq və dadı çox duzlu olacaq. Bu səbəblə hazırlanacaq şoraba suyunun 1 litr suya 80 qram duz əlavə edilərək (100/8-i duzlu su) hazırlanması olduqca əhəmiyyətlidir.

QAYA DUZU SEÇİN

Əgər turşunuzun yumşalmasını istəmirsinizsə duz seçimində qaya duzu istifadə edin. Süfrə duzuyla edilən turşular qaya duzuyla edilən turşulara görə daha qısa müddətdə yumşalır. Qaya duzu istifadə etdiyinizdə də 100/ 8-lik (1 litr suya 80 qram qaya duzu) duzlu su hazırlayın.

SİRKƏ VƏ LİMON TURŞUSU İSTİFADƏ EDİN

Əgər turşunuzu təzə paxla kimi turşuluğu az olan bir tərəvəz və ya meyvəylə hazırlayacaqsınızsa turşu olması üçün daha çox duz qoymalısınız. Ancaq duzu nə qədər artırsanız sağlamlıq baxımından o qədər risk əmələ gətirir deyə, duz yerinə limon turşusu istifadə edərək eyni mexanizmin reallaşmasını təmin edə bilərsiniz. Turşu əmələ gəlməsində zərərli bakteriyaların nəzarətsiz böyüməsinə maneə törədən sirkədən də turşu istehsalında dəstək ala bilərsiniz.

QARANLIQDA, UYĞUN İSTİLİK VƏ UYĞUN MÜDDƏTDƏ GÖZLƏDİN

Turşunuzu hazırladınız, sıra gəldi gözlətməyə. Turşunu qaranlıqda və 18-20 dərəcədə saxlamasınız. Əgər 20 dərəcənin üzərində bir istilikdə saxlasanız zərərli bakteriyaların sürətlə artmasına səbəb olacaq, 18 dərəcədən daha aşağı bir istilikdə gözlətsəniz ideal bir turşu olmasına maneə olacaq. Ən ideal gözlətmə müddəti isə ümumiyyətlə 4-6 həftədir.

AĞ TƏBƏQƏNİ İZLƏYİN

Tərəvəz və ya meyvələriniz mayalanmağa başladıqdan sonra ən üst qisimdə ağ təbəqə yarandığını gördükdə dərhal alınmlıdır. Bu təbəqə dərhal alınmazsa kif əmələ gəlməsinə və dolayısı ilə turşunun xarab olmasına səbəb olar. Əgər uyğun nisbətdə duz əlavə olunmadısa və ya uyğun istilikdə gözlədilmədisə ağ təbəqə yaranma ehtimalı daha yüksəkdir.

İSTİFADƏ ETDİKDƏ EHTİYYATLI OLUN

Turşunun sağlamlığa faydaları olduqca çoxdur, ancaq duzlu bir qida olduğu və natrium məzmununun yüksək olduğu unudulmamalıdır. Məsələn ağ kələmin 100 qramında 12 mq natrium, 100 qram kələm turşusunda təxminən 300 mq natrium var. Bu səbəblə əgər yüksək təzyiq, hər hansı bir ürək-damar xəstəliyi, xroniki böyrək çatmazlığı, tez-tez şişkinlik problemləri yaşayırsınızsa və ya mədə problemləriniz varsa turşunun sıx isifadə edilməsi sizə fayda vermədiyi kimi zərər verəcək. Ehtiyyatlı olaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.