Mətbəx yalnız yemək bişirmək üçün bir yer deyil, həm də hər bir detalın vacib olduğu ailə həyatının mərkəzidir. Bununla belə, mətbəx dizaynı zamanı tez-tez eyni səhvlərə yol verilir. Dizaynerlər qeyd edirlər ki, insanlar gözəl bir mənzərəyə fokuslananda, rahatlığı və ev sahiblərinin gündəlik istifadəsinə uyğun olmasını unudurlar. Mətbəx təmiri və ya yenilənməsini planlaşdıranlar həm xərclərə qənaət etmək, həm də rahat istifadəni təmin etmək üçün planlama mərhələsində düzgün qərarlar verməlidirlər.
Evdar.az mətbəx dizaynında nəzərə alınacaq nüansların, rahat istifadəsi üçün ustaların belə demədiyi vacib məsləhətləri təqdim edir.
Mətbəx dizaynında aşağıdakı məqamlara diqqət edin:
Ustaların demədiyi sirrlər
- İlk olaraq ev sahibinin sağ əlli və ya sol əlli olub-olmadığı, həmçinin yemək bişirməyi sevib-sevmədiyi nəzərə alınmalıdır.
- “Çıxar, yu, bişir” düsturuna əməl olunmalıdır. Rahat mətbəx — hər şeyin asanlıqla əlçatan olduğu və heç nəyin yerini düşünməyə ehtiyac qalmadığı mətbəxdir. Belə olduqda yemək bişirmək artıq bir iş yox, zövqə çevrilir.

- Kulinariya təcrübələrindən sonra mətbəxin təmiz qalmasını istəyən ev sahibləri üçün bazarda bir çox maraqlı cihazlar var. Lakin onların həqiqətən istifadə olunub-olunmayacağı, yoxsa sadəcə yer tutacağı barədə əvvəlcədən dürüst qərar vermək vacibdir.
- Məişət texnikası seçərkən dərhal onların hamısının harada saxlanılacağını nəzərə alınmalıdır. Əks halda qəhvə maşınları, vafli aparatları və digər cihazlar iş sahəsini tez bir zamanda xaosa çevirir.

- Böyük bir ailəniz və ya böyük bir mətbəxiniz varsa, xüsusilə yay üçün əlavə dondurucu və ya içki soyuducusunu da fikirləşə bilərsiniz.
- Mətbəx dizaynında yalnız estetika deyil, həm də yaxşı düşünülmüş erqonomika, mühəndislik həlləri, işıqlandırma ssenariləri və hətta məkan daxilində istifadəçi davranışı da vacibdir.

- Elektrik rozetkaları təkcə quraşdırılmış cihazlar üçün deyil, həm də qəhvə maşınları, tosterlər və şarj cihazları kimi kiçik, həmişə görünən cihazlar üçündür. Bu problem sadə bir qayda ilə həll edilə bilər: rozetkalar cihazların gündəlik istifadə ediləcəyi yerdə yerləşdirilməlidir.
- Rahatlığa təsir edən digər bir məsələ isə aspiratorun performansı və səs-küy səviyyəsidir. Studio mətbəxlərdə zəif və ya səs-küylü aspirator ailənin hər bir üzvü üçün yemək bişirməyi çətinləşdirə bilər.

- Görünməyən, lakin vacib bir detal, xüsusən də cihazlar quraşdırarkən, döşəmə lövhələrində ventilyasiya barmaqlıqları olmalıdır. Onların olmaması bahalı cihazların həddindən artıq istiləşməsinə və sıradan çıxmasına səbəb ola bilər.
- Yaxşı düşünülmüş işıqlandırma sxemi xüsusilə mətbəx masası, eləcə də şkaf, çəkməcə və rəflərin daxilində əlavə işıqlandırma olmadıqda mətbəxdən istifadəni xeyli çətinləşdirir.
- Lazımsız hərəkətləri minimuma endirmək üçün soba, çanaq və soyuducu düzgün planlaşdırılaraq yerləşdirilməlidir. Bu yanaşma elektrik rozetkalarının da optimal mövqedə olmasını təmin edir ki, cihazlar həm əlçatan, həm də səliqəli şəkildə yerləşdirilsin. Yerə qənaət etmək üçün quraşdırılmış mikrodalğalı soba və ya qabyuyan maşın kimi cihazlar üçün ayrıca yer ayırmaq vacibdir.

- Digər bir ümumi səhv isə zəif dizayn edilmiş saxlama yerləridir. Bu, xüsusilə kiçik mətbəxlərdə nəzərə çarpır, çünki standart şkaflar həmişə bu vəzifəni yerinə yetirmir, lakin bölücüləri olan açılan çəkməcələr, quraşdırılmış rəflər və saxlama səbətləri həyatı daha da asanlaşdıra bilər.
- Yalnız görünüşə deyil, mətbəx mebelində istifadə edəcəyiniz hər bir detalın keyfiyyatinə diqqət edin. Çünki seçilən materialların dayanıqlığı, mexanizmlərin möhkəmliyi və səthlərin praktikliyi mətbəxin uzunömürlü və rahat istifadəsində əsas rol oynayır.

- Mətbəx mebelində çox tünd rənglərə üstünlük verməyin. Tünd rəngli səthlərdə ləkə, toz və barmaq izləri daha tez nəzərə çarpır, nəticədə mətbəxi daim təmiz və səliqəli saxlamaq daha çox vaxt və zəhmət tələb edir. Buna görə də, həm estetik, həm də praktik baxımdan daha açıq və ya neytral tonlara üstünlük vermək daha məqsədəuyğundur.
- Ən sonda, havalandırma çox vacibdir – əks halda yemək qoxuları və buxar qısa zamanda bütün evə yayılaraq divar və mebellərə hopa bilər. Güclü aspirator və ya düzgün planlaşdırılmış havalandırma sistemi isə havanın təmiz qalmasını təmin edir və mətbəxdə daha rahat, komfortlu bir mühit yaradır.

