Azərbaycan Mətbəxinin Ləziz Sac İçi Qovurması

Yields: 1 Serving

Azərbaycan mətbəxinin ən ləzzətli yeməklərindən biri saciçidir. Evdar.az quzu əti, quyruq və tərəvəzlərlə bişən dadlı saç içi qovurmanın reseptini təqdim edir.

Tərkibi:

  • 250-300 qr quzu əti
  • 50 qr quyruq yağı
  • 2 diş sarımsaq
  • 1 ədəd acı bibər
  • 1 ədəd badımcan
  • yarım ədəd yaşıl bibər
  • yarım ədəd qırmızı bibər
  • 1 ədəd soğan
  • 2 ədəd kartof
  • keşniş, şüyüd
  • çerri pomidoru
  • zövqə görə duz, istiot

Hazırlanma qaydası:

İlk öncə soğanı incə doğrayın. Bibərləri də kiçik uzunsov doğrayın. Kartofları nazik uzunsov doğrayın. Acı bibərin yarısını doğrayın ( və ya acı xoşlayırsınızsa hamısını istifadə edə bilərsiniz). Sarımsağı əzib xırda doğrayın. Badımcanı da halqavari doğrayın. Quyruğu doğrayıb sacın kənarlarına yerləşdirin. Sacın orta hissəsinə quzu ətini töküb bişirin. Üzərinə duz səpib qarışdıraraq bişirin. Daha sorna üzərinə soğan əlavə edib qovurun. Sonra qapaq örtün ki, ət bişsin. Sarıkök səpib, ətləri saçın kənarlarına çəkib kartofları tökün. Kartoflar bişsin və qızarsın deyə qapağı örtün. Daha sonra kartofların üzərinə xırda doğranmış sarımsaq da əlavə edib qarışdırın. Doğranmış badımcanları da saca yerləşdirib qapağını örtün. Bibərləri də əlavə edib qarışdırın. Üzərinə çerri pomidorları düzüb, doğranmış göyərti səpib qapağını örtün. Sac içi yeməyi hazırdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir