B6 və B12 Vitaminiylə Zəngin Qatıqlı Çuğundur Salatı

B6 ve B12 Vitaminiyle Zengin Qatıqlı Cugundur Salatı
Yields: 1 Serving

Qatıqlı çuğundur salatı rəngi və dadı ilə hər kəsin aludə olacağı bir ləzzətdir. Bu ləziz salat həm pəhriz  dostu, həm də şəfa mənbəyidir. Evdar.az vitaminli qatıqlı çuğundur salatının reseptini təqdim edir.

B6 və B12 Vitaminiylə Zəngin Qatıqlı Çuğundur Salatının tərkibi:

  • 3 ədəd orta ölçüdə qırmızı çuğundur
  • 1 kasa süzmə qatıq
  • 2 diş sarımsaq
  • 3 ədəd xiyar turşusu
  • 1/2 çay qaşığı duz

Üzəri üçün:

  • 2-3 buda şüyüd
  • 2-3 ədəd qoz ləpəsi

B6 və B12 Vitaminiylə Zəngin Qatıqlı Çuğundur Salatının hazırlanma qaydası:

İlk öncə çuğundurların qabığını soyun. Qabığı soyulmuş çuğundurları suyla dolu qazana yerləşdirib ocağa qoyun. Qaynayıb yumşalan çuğundurları ocaqdan götürüb soyudun. Soyuyan çuğunduru sürtgəcdən keçirin. Xiyar turşusunu kiçik kub formasında doğrayın. Sarımsağı da sarımsaqəzəndən keçirin. Dərin bir kasaya süzmə qatığı tökün. Üzərinə rəndələnmiş çuğunduru, doğranmış turşu xiyarı, sarımsağı və duzu əlavə edib qarışdırın. Qarışdırdıqdan sonra zövqə görə geniş bir qaba yayıb və ya kiçik halqaların içərisində forma verərək süfrəyə verə bilərsiniz. Üzərini doğranmış şüyüd və xırdalanmış qoz ləpəsiylə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir