Category: Qarnir və Souslar, Qəlyanaltılar, Salatlar
Cuisine: Balkan Mətbəxi
Yields:
1 Serving
Ajvar-Balkan mətbəxinin şirin qırmızı bibərdən hazırlanmış tərəvəz qəlyanaltısıdır. Bu ləziz qəlyanaltı çox funksionladır. İstər çörəyin üzərinə yaxıb yeyə , istər ətlə süfrəyə verə bilərsiniz. Evdar.az ləziz qəlyanaltının reseptini təqdim edir.
Balkan Mətbəxinin Əvəzsiz Ajvar Salatının tərkibi:
- 4 ədəd rəngli bibər
- 1-2 ədəd badımcan
- 1-2 diş sarımsaq
- 3 xörək qaşığı zeytun yağı
- 1 xörək qaşığı alma sirkəsi
- duz, istiot, paprika tozu
Balkan Mətbəxinin Əvəzsiz Ajvar Salatıının hazırlanma qaydası:
İlk öncə tərəvəzləri ocağın üzərində və ya sobada közləyin. Daha sonra bir qaba yığıb üzərini strec salafanla bağlayın və 10-15 dəqiqə kənarda saxlayın. Közlənən tərəvəzlərin qabığını soyub 1-2 dəqiqəlik blenderdən keçirin. Üzərinə sarımsaq, zeytun yağı, sirkə və ədviyyatları vurub yenidən blenderdən keçirin. Blenderdən keçirtdikdən sonra qazana töküb vam odda bir az qatılaşana qədər bişirin.
Nuş Olsun!