Brokkolili Rəngarəng Salat

Yields: 1 Serving

Rəngarəngliyi ilə süfrənizi bəzəyəcək dadlı və faydalı salat. Xüsusilə pəhrizdə olanlar üçün ideal salatdır. Evdar.az brokkolili rəngarəng salat reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd xiyar
  • 1 ədəd pomidor
  • 1 ədəd yaşıl bibər
  • yarım rəngli bibər (qırmızı, sarı bolqar bibəri)
  • 1 ədəd brokkoli
  • 2-3 yarpaq kahı
  • 1 kiçik banka konservləşdirilmiş qarğıdalı
  • 2 xörək qaşığı zeytun yaği
  • 1 xörək qaşığı alma sirkəsi
  • 2 xörək qaşığı limon suyu
  • duz

Hazırlanma qaydası:

Xiyar,pomidor,bibəri doğrayın. Brokkolini də xırdalayıb parçalara ayırın. Bir qabda suya yarım çay qaşığı duz əlavə edib qaynadın. Brokolini  suya əlavə edib yüngül bişirin. Brokoliləri sudan çıxarıb suyunu süzün. Brokoliləri də salata əlavə edin. Kahını əlinizlə xırdalayın. Suyu süzülmüş konservləşdirilmiş qarğıdalı dənələrini salata əlavə edin. Süfrəyə verdikdə üzərinə zeytun yağı, sirkə, limon suyu və duz əlavə edib qarışdırın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.