Çayın Yanına Yaşıl Rəngli Nanəli Peçenye

Yields: 1 Serving

Nanəli peçenye yalnız gözəl rəngdə deyil, həm də çox dadlı və ətirlidir. Zərif və yumşaq nanəli peçenye bir stəkan çay üçün gözəl bir ziyafətdir. Evdar.az nanəli peçenyenin reseptini təqdim edir.

Çayın Yanına Yaşıl Rəngli Nanəli Peçenyenin tərkibi:

  • 30 qr təzə nanə yarpağı
  • 100 qr şəkər tozu
  • 100 qr kərə yağı
  • 1 ədəd yumurta
  • 200 qr un
  • 0,5 çay qaşığı qabartma tozu

Çayın Yanına Yaşıl Rəngli Nanəli Peçenyenin hazırlanma qaydası:

İlk öncə təzə nanə yarpaqlarını yuyun və qurudun. Dərin bir qaba təzə nanə yarpaqlarını töküb üzərinə şəkər tozu əlavə edin, qarışdırın. Nanə və şəkər tozunu blenderlə pür halına gələnə qədər  qarışdırın. Daha sonra Üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı və yumurta əlavə edib qarışdırın. Un və qabartma tozunu hissə-hissə yaşıl kütləyə əlavə edib xəmir yoğurun. Xəmir yumşaq və ələ yapışqan olmalıdır. Peçenyelərin yumşaq  üçün daha çox un əlavə etmək lazım deyil. Xəmirin əllərinizə yapışmaması üçün əlinizi su ilə nəmləndirin. Yaş əllərlə kiçik parçalar ayırın, orta ölçülü toplar düzəldin və yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Peçenyeləri çəngəllə hamarlayın. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 13-15 dəqiqə bişirin. Bişən peçenyeləri sobada çox saxlamayın, əks halda peçenye gözəl yaşıl rəngini itirəcək.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir