Çoz Ləzzətli Və Doyumlu Lebeniye Şorbası

Yields: 1 Serving

Xüsusi günlərdə hazırlayacağınız ən gözəl və doyumlu şorba: Lebeniye şorbası. Ərəbcə “qatıq” mənasını verən “Leben” sözündən alan Lebeniye şorbasının dadı həqiqətən əfsanəvidir. Evdar.az çox ləzzətli Lebeniye şorbasının reseptini təqdim edir.

Çoz Ləzzətli Və Doyumlu Lebeniye Şorbasının tərkibi:

  • 200 qr qiymə
  • 1 diş sarımsaq
  • 1 ədəd soğan
  • 1 çay qaşığı duz
  • 1/3 çay qaşığı istiot
  • 2 xörək qaşığı un
  • 1-2 xörək qaşığı nanə qurusu
  • 2 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı duru yağ
  • 500 qr qatıq
  • 1 ədəd yumurta
  • 4 xörək qaşığı un
  • 1 armudu stəkan yumru düyü
  • 200 qr bişmiş noxud
  • 2,5 lt su

Çoz Ləzzətli Və Doyumlu Lebeniye Şorbasının hazırlanma qaydası:

İlk öncə suyu qazana töküb ocağa qoyun. Başqa bir qabda qiymənin üzərinə sürtgəcdən keçirilmiş soğan, sarımsaq, duz, istiot və 2 xörək qaşığı un əlavə yaxşıca qarışdırın. Əlinizi duru yağla yağlayın və hazırladığınız qiymədən kiçik hissələr qoparıb əlinizlə yuvarlayaraq kiçik toplar düzəldin. Bu qaydayla qiymə qurtarana qədər kiçik küftəciklər hazırlayın. Qaynayan suya 2 çay qaşığı duz, yumru düyü və bişmiş noxud töküb düyü bişənə qədər qaynadın. Başqa bir qabda qatığın üzərinə yumurta və 4 xörək qaşığı un əlavə edib tel çırpıcıyla yaxşıca qarışdırın. Üzərinə qaynayan sudan 2 çömçə əlavə edib qarışdırın. Hazırladığınız qarışığı qazana əlavə edib qarışdırın və zəif odda qaynamağa qoyun. Başqa bir tavada 2 xörək qaşığı kərə yağı və 2 xörək qaşığı duru yağ töküb əridin. Qızdırılmış yağa küftəcikləri töküb qızardın. Üzərinə nanə də əlavə edib 1 dəqiqəyə ocaqdan götürün. Qaynayan şorbaya nanəli, yağlı küftəcikləri və istiot əlavə edib 5-10 dəqiqə bişirin. Hazır şorbanı isti halda süfrəyə verin.

Noxudu 1 gecə islatmadan bişirməyin qaydasını bu məqaləmizdən oxuya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir