Category: Pəhriz Yeməkləri, Uşaq Yeməkləri
Yields:
1 Serving
Tərəvəz kotleti ətlə müqayisədə yağ və kalori baxımından daha azdır, bu da çəkisinə nəzarət edən və formada qalmaq istəyənlər üçün əla seçimdir. Tərəvəzlərin zəngin tərkibi orqanların düzgün işləməsi üçün lazım olan faydalı elementlər, vitamin və minerallarla zəngindir. Brokoli və ispanağın birləşməsiylə ortaya çıxan tərəvəzli kotlet inanılmaz ətri və bənzərsiz dadı ilə həm də uşaqları sevindirəcək. Evdar.az şam yeməyi və ya nahar üçün əla seçim olan tərəvəz kotletinin reseptini təqdim edir.
Ətsiz, Bol Vitaminli Tərəvəzli Kotletin tərkibi:
- 400 qr brokoli
- 150 qr ispanaq
- 1 ədəd yumurta
- 5 xörək qaşığı un
- duz,istiot zövqə görə
- kotletləri qızartmaq üçün duru yağ
Ətsiz, Bol Vitaminli Tərəvəzli Kotletin hazırlanma qaydası:
Bir qazanda su qaynadın. Qaynayan suya brokoliləri salıb 2-3 dəqiqə bişirib sudan çıxarın. İspanaqları da qaynayan suya 1 dəqiqəlik salıb çıxarın. Az bişmiş tərəvəzlərin süzgəcdə suyunu süzün və bir az soyuması üçün kənara qoyun. Blenderin qabına suyu süzülüb soyuyan brokoli, ispanaq yarpaqları və yumurtanı əlavə edib orta sürətdə qarışdırın (kütləni püre halına salmayın, içərisində kiçik parçalar qalmalıdır). Dərin bir qabda yumurtalı qarışığın üzərinə un, zövqə görə ədviyyatlar əlavə edib qarışdırım. Qarışıqdan götürüb əlinizi nəmləndirərək kotletlər hazırlayın. Hazır kotletləri yağda iki tərəfli qızardın.
Nuş Olsun!