Hərarəti Salan Böyürtkən Limonadı

Yields: 1 Serving

Soyuqdəymə zamanı hərarəti salan, ümumi vəziyyəti yüngülləşdirən, iltihabı azaldan, sağalmanı tezləşdirən böyürtkəndən çox ləzzətli limonad hazırlaya bilərsiniz. Evdar.az faydalı və ləzzətli böyürtkən limonadının reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr böyürtkən
  • 5 ədəd limon
  • 2 stəkan şəkər tozu
  • 5 stəkan su (1 litr)
  • 7-8 budaq təzə nanə

Hazırlanma qaydası:

Limonların ağ qisimlərini götürmədən qabıqlarını rəndələyin. Daha sonra suyunu sıxın. Rəndələdiyiniz limon qabıqlarını, böyürtkənləri, limon suyunu, şəkər tozunu və nanəni geniş bir qaba tökün. Aradabir qarışdırıb otaq istiliyində 2 saat saxlayın. İçməli suyun 2 stəkanını qaynadın. Qaynayan suyu gözlətdiyiniz limonlu qarışığın üzərinə tökün. İçərisindəki şəkər tozu tamamilə əriyənə qədər qarışdırın. İncə bir süzgəc və ya tənzifdən keçirib suyunu süzün. Qalan suyu da əlavə edib qarışdırın. Böyürtkənli limonadı soyuducuda soyutduqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.