Qəfil Gələn Qonağa Ləzzətli Suxarili Salat

Yields: 1 Serving

Suxarini yalnız qəlyanaltı kimi deyil, bir çox salatlara xüsusi dad vermək üçün istifadə etmək olar. Bu suxari ilə hazırlanan salatı adi günlərdə, qəfil gələn qonaqlar üçün də hazırlaya bilərsiniz. Evdar.az suxari ilə hazırlanan ləzzətli salatın reseptini təqdim edir.

Tərkibi:

  • 150 qr suxari
  • 300-350 qr kələm
  • 150 qr duzlu xiyar
  • 200 qr konservləşdirilmiş qarğıdalı dənəsi
  • 2-3 xörək qaşığı mayonez
  • zövqə görə üzərinə şüyüd

Hazırlanma qaydası:

İlk öncə kələmi nazik doğrayın. Duzlu xiyarı da eyni qayda ilə doğrayın. Bir qaba kələm, duzlu xiyar, suxari, qarğıdalı dənəsi tökün və mayonez əlavə edib qarışdırın. Zövqə görə üzərinə doğranmış şüyüd səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.