Ən Ləzzətli İsti Salat

en lezzeli isti salat
Yields: 1 Serving

Doyumlu və ləziz isti salatı hazırlayaraq ailə üzvlərinizi heyran edə bilərsiniz. Evdar.az bir dəfə hazırladıqdan sonra tez-tez etmək istəyəcəyiniz isti salatın reseptini təqdim edir.

Ən Ləzzətli İsti Salat

İsti salatın tərkibi:

  • 200 qr mal əti
  • 200 qr şampinyon göbələyi
  • 2 ədəd pomidor
  • 2 ədəd xiyar
  • 1 ədəd qırmızı bolqar bibəri
  • 1 ədəd sarı bolqar bibəri
  • ağ küncüt toxumu
  • bir neçə budaq keşniş və yaşıl soğan
  • nar sousu və ya nar şərabı
  • zeytun yağı
  • limon suyu
  • zövqə görə duz, istiot
  • 1-2 diş sarımsaq

Ən Ləzzətli İsti Salatın hazırlanma qaydası:

İlk öncə mal ətini suda bişirin. Bişən əti kiçik doğrayın və zeytun yağında yüngül qovurun. Pomidoru və  xiyarı yarım halqa formasında doğrayın. Bolqar bibərlərini uzunsov doğrayın. Yuyulub suyu süzülmüş göyərtiləri xırda doğrayın. Sarımsağı sarımsaqəzəndən keçirin. Göbələyi də yarımhalqa doğrayıb az zeytun yağında bişirin. Salatı hazırlayacağınız qaba qovrulmuş mal ətini, doğranmış pomidor, xiyar, bolqar bibərləri, göyərti, sarımsaq, qovrulmuş göbələk, limon suyu, nar sousu və ya nar şərab, duz, istiot və isidilmiş zeytun yağını da əlavə edib qarışdırın. Salatın üzərinə ağ küncüt toxumu səpib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir