Category: Desertlər, Uşaq Yeməkləri
Yields:
1 Serving
Qızarmış alma dilimləri, soyuq qış günləri üçün əla bir desertdir. Həm asan hazırlanır, həm də ləzzətlidir. Evdar.az meyvəli desert sevənlər üçün qızardılmış alma dilimlərinin reseptini təqdim edir.
Qızardılmış Alma Dilimləri
Desertin tərkibi:
- 5 ədəd alma
- 1 stəkan un
- 1 stəkan qatıq
- 1 ədəd yumurta
- yarım çay qaşığı qabartma tozu
- yarım çay qaşığı duz
- yarım stəkan şəkər tozu
- darçın
Desertin hazırlanma qaydası:
Dərin bir qabda yumurta və qatığı çırpın. Üzərinə qabartma tozu, duz və unu əlavə edib çırpmağa davam edin. Almaları dilimləyib, orta hissəsini çıxarıb halqa şəkli verin.

Alma dilimlərini hazırladığınız qarışığa bulayıb qızğın yağda hər iki tərəfini qızardın. Qızaran alma dilimlərini artıq yağını çəkməsi üçün kağız dəsmalın üzərinə qoyun. Bir qabda şəkər tozu və darçını qarışdırıb qızardılmış alma dilimlərini yaxşıca bulayın. Qırzardılmış alma dilimlərini isti-isti süfrəyə verə bilərsiniz.
Nuş Olsun!

